Cənubi Azərbaycan türklərinin İran səfirliyi qarşısında etiraz aksiyası (HABERLER.COM Türkiyə)

Türkiyədə yaşayan Cənubi Azərbaycan türkləri İranın Azərbaycanlılara qarşı apardığı kimliksizləşdirmə və asimilyasiya siyasətinə son qoyulması tələbi ilə İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyanı keçirən Türkiyədə yaşayan Cənubi Azərbaycanlılar İranda yaşayan azərbaycanlıların ana dillərində təhsil almalarını və azərbaycan dilinə edilən təzyiqlərin aradan qaldırılmasını tələb ediblər. Tunalı prospektindən İran İslam Respublikasının səfirliyinin binasına kimi yürüş keçirən aksiya iştirakçıları "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil" şüarını səsləndiriblər. Polisin nəzarəti altında keçən aksiyada "Dilimiz farsca deyil, Azərbaycan türkçəsidir", "Asimilyasiyaya son" və "Türk dilinə qadağaya son" yazıları olan plakatlar nümayiş etdirilib.

Qrup adından mətbuata açıqlama verən Şərifə Cafəri İranda türk düşmənliyinə görə orada olan qadağaya baxmayaraq orada yaşayan 100 minə yaxın erməni vətəndaşının öz dillərində təhsil aldıqlarını söyləyərək deyib: "İran xarici işlər naziri Əli Əkbər Salihinin açıqlamalarına əsasən İran əhalisinin ən az 40 faizinin türkçə danışdığı həqiqəti ortadadır. Cənubi Azərbaycanda bu türklərin sayca üstünlük təşkil etmələrinə baxmayaraq onların azərbaycan təhsil almaq, bu dildə media və mətbuat orqanlarının yayın etməsi qadağan edilmişdir."

Türk dilində edilən hərhansı mədəni tədbirlərin şiddətlə basdırıldığını ifadə edən Cafəri, "Azərbaycan türkləri olaraq İran dövlətinin bu faşist ifadə və hərəkətlərinə son verməsini istəyərək, bu rejimi Beynəlxalq İnsan Haqları konvensiyasında qeyd edilən ali dəyərlərə tabe olması məqsədilə tələblərimizi eşitdirmək istəyirik."

Azərbaycan türklərinə qarşı yürüdülən qadağa siyasətinin tez bir zamanda dayandırılmasını və Cənubi azərbaycanlılara qarşı aparılan kimsizləşdirmə, asimilyasiya siyasətinə son qoyulmasını tələb etdiklərini dilinə gətirən Cafəri, "İran rejiminin Cənubi azərbaycanlılara qarşı etdiyi nifrət ifadələrinin götürülməsini istəyirik. Azərbaycan dilinə rəsmi dil statusu verilməsini, bu dildə təhsil və bu dildə televiziya yayınının edilməsini istəyirik." deyib.

Aksiya mətbuat açıqlamasından sonra sakit şəkildə başa çatıb.

Nəşr olunub:

ran regionuna aid digər nəşrlər

Argentina Azərbaycandan yəhudi mərkəzinin bombalanmasında təqsirli bilinən iranlını həbs etməsini istəyir

The Times of Israel

Argentina yəhudi icmasına (AMİA) ölümcül hücumun günahkarları, o cümlədən keçmiş xarici işlər naziri Əli Əkbər Velayati, istintaqı saxlayaraq Argentina torpağına ayaq basa bilməyəcək.

İran Azərbaycanla münasibətləri möhkəmləndirmək istəyir

Tasnim News Agency

İran Parlamentinin sədri Əli Laricani, Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayıb, bildirdi ki, parlament sahələrində iki qonşu ölkə arasında ikitərəfli əlaqələrdə heç bir məhdudiyyət yoxdur.

Azərbaycan İran Astarasındakı yük terminalının tutumunu artırmağı planlaşdırır

Hellenic Shipping News

Azərbaycanın 25 illik icarəyə götürdüyü İranın Astara şəhərindəki yük terminalının tutumu illik 5 milyon tona artırılması planlaşdırılır, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Tarif Şöbəsinin rəhbəri Elxan Əsədov deyib, Trend xəbər verir.


Ruhani yeni dəmir yolu xəttlərini, İran-Azərbaycan və Çinlə iqtisadi əlaqələrini təşviq edir

The Jerusalim Post

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi şey ABŞ-ın sanksiyalarına qarşı çıxmaq üçün özünü hazırlamaq və hətta gələcək illərdə fayda əldə etməkdir.

İran Prezidenti Həsən Ruhani bu həftə İranın Gilan əyalətini ziyarət edib. Meşədə gəzərkən ağlına İranın strateji Şimal Bölgəsini dəmir yolları və iqtisadi dəhlizlər ilə Azərbaycana və Qazaxıstan vasitəsilə Çinə birləşdirəcək iqtisadi inkişafı təşviq etmək fikri gəlib.