Bu günəcən olan ən yaxşı makiyaj dəyişiklikləri (, Böyük Britaniya)

Bu günəcən olan ən yaxşı makiyaj dəyişiklikləri

Məşhurların makiyaj ustası öz gözəllik sirrlərini açıqlayır – saniyələr içində müştərilərini necə 10 il gəncləşdirir.

  • Məşhurların vizajisti minlərlə insanı inanılmaz makiyajları ilə heyran buraxır
  • Azərbaycan, Bakıdan olan Anar Ağakişiyev öz müştərilərini yenidən yaradır 
  • Onun hər cür qırış, incə cizgi, tünd ləkə və dairələri yox etmək qabiliyyəti var
  • 35 yaşındakı vizajist qadınlara 10 il gəncləşməyin sirrlərini açıqlayır

Məşhurların vizajisti gözəllik dünyasında minlərlə insanı yaşa meydan oxuyan möhtəşəm makiyajları ilə heyran buraxır.

Azərbaycan, Bakıdan olan Anar Ağakişiyev qırış, incə cizgi, tünd ləkə və dairələri yox etmək üçün işlətdiyi kosmetik məhsullardan istifadə etmək bacarığı ilə müştərilərin üzündən illəri asanlıqla silir.

Onun uzun müştərilər siyahısına ağır yara və ya eybəcərləşmiş üzü olan, yanıq qurbanları və ən yaşlı qadınlar daxildir.

İnstaqram-a girərək, 1.4 milyondan çox izləyici toplayan 35 yaşlı mükafat sahibi makiyaj sənətçisi, qadınlara 10 il daha gənc görünməyin sadə sirlərini açıqlayır.

“Bir çox insan bir makijayın insanı dəyişə biləcəyinə şübhə edir...lakin biraz konsiler, tuş və ənlik dünyanı dəyişə bilər”, Anar deyir.

Kontur və makiyaj hiylələrindən istifadə edərək vizajist bir çox qadını inanılmaz dərəcədə dəyişən “əvvəl” və “sonra” fotoları ilə etdiyi dramatik dəyişiklikləri sosial şəbəkədə paylaşır.

Anar qoyma kirpiklərin birinin üzündən illəri necə sildiyini açıqlayır. Bütün sirrlərini dilə gətirməsə də, makiyaj ustası istifadə etdiyi bəzi sevimli kosmetik məhsulları paylaşır və bunlardan biri Huda Beauty-dir.

O, bu brendə olan sevgisini son illərdə etdiyi makiyajlar zamanı istifadə etdiyi tonal kremlər, dodaq boyası və göz kölgələri ilə açıq şəkildə ifadə edib.

Ən möhtəşəm dəyişikliklərdən biri çılpaq dərisindən tamamilə fərqli görünən 80 yaşlı Miss Noyabr idi.

Anar qadının qırışlarını gizlətmək üçün daha parlaq və konturlu görüntünü solğun çəhrayı dodaq boyası, doldurulmuş qaşlar və həcmləndirilmiş saçlar ilə tamamladı.

Daha bir nəzərəçarpacaq dəyişiklik 11 yaşında keçirmiş olduğu qəzadan sonra üzündə şiddətli yanıq izləri olan qadın idi.

Adı açıqlanmayan qadın ağıllı makiyaj hiylələrindən istifadə edərək görünüşünü tamamilə dəyişdirən Anarın ilk makiyajından sonra sevinc göz yaşları içində qaldı.

Videonu paylaşarkən Anar onun adını “18 illik təcrübəmdə ən çətin və ən təsirli işim” qoydu.

“11 yaşında ikən qəzaya uğrayıb və buna görə heç vaxt makiyaj etməyib. Həyatındakı ilk makiyajını mənə həvalə etmişdi və mən də güzgünün üstünü örtməyi qərara aldım. Gəlin, bir-birimizin qəlbini sevindirək. Mən onu sevindirə bildiyim üçün çox xoşbəxt idim”.

Sonra Anar hər ay biri olmaq şərti ilə 12 qadınla yeni layihə başlatmağa qərar verdi.

Anar bu 42 yaşlı qadının üzündə inanılmaz dəyişiklik edərək onu bir neçə il gəncləşdirmişdir.

Hər yaşdan olan qadınlar haqqında xoş sözlər söyləyən Anar deyir ki: “Çirkin qadın yoxdur”.

“Hər bir qadın “qüsurlarından” asılı olmayaraq gözəl varlıqdır. Əslində, bunlara laqeyd yanaşsaq və qəbul etsək, daha da xoşbəxt olarıq” o, qeyd edir.

“Hər kəs unikaldır. Və bu unikallığın kiçik qüsurları ola bilər. Məncə heç kim onlardan utanmamalıdır”.

Çoxları şəkillərini fotoshop etməkdə günahlandırsa da, Anar bunun həqiqətə uyğun olmadığını təkid edir, və müntəzəm olaraq bunu sübut etmək üçün öz makiyaj videolarını paylaşır.

Anar tibb məktəbinə getdikdən qısa müddət sonra özünü saç kəsərkən tapıb. Burada o, Moskvaya gedib fərdi saç və makiyaj dərsləri almazdan öncə makiyaj tətbiq etmədə ustalaşmağı öyrənməyə başlayıb. Daha sonra o Almaniya, İtaliya və İspaniya kimi ölkələrdə seminarlarda və master-klaslarda iştirak edib.

Aldığı təhsildən sonra o, Azərbaycanın aparıcı ulduzları işləməyə başlayır və o vaxtdan bu sənayedə özünə ad qazanır.

Bu yaxınlarda TODAY-ə verdiyi müsahibədə meneceri Könül Seyidova bildirib ki, Anar dəyişiklik etməyə 60-lı yaşlarda olan dostunu toy üçün makiyaj etdikdən sonra ilhamlanıb.

“Anar onun makiyajını edərək qadını tamamilə dəyişdirmişdi”, deyə Könül qeyd edib.

Internetdə uğur qazandıqdan sonra Anar 2017-ci il boyunca 12 qadın ilə yeni bir layihə başlatmağa ilhamlanıb. Hər ay biri ilə iki saat ərzində həm makiyaj, həm də saç düzümü ilə dramatik dəyişikliyə nail olunurdu.

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Monteneqro və Azərbaycan: birgə mədəniyyət fəaliyyətləri

Monteneqronun Mədəniyyət Naziri Aleksandr Bogdanoviç bir müddət əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə Bakıda görüş keçirib.

Monteneqro ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər dostca və məzmunlu olduğu üçün görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilmişdir.