Braziliyanın Azərbaycandakı səfiri: AGF turnirləri gözəl təşkil edir (Вестник Кавказа Rusiya)

Bakıda trampolin və tamblinq üzrə keçirilən Dünya Kuboku mükəmməl təşkil olunub, bunu bu gün Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro “Vestnika Kavkaza”-nın müxbirinə müsahibəsində deyib.

Turnir çox yaxşı təşkil edilib. Burada baş verənləri yaxşı qavrayan çoxlu sayda dostluq münasibətində olan könüllülər və gənclər vardır. Bu cür təşkilat çox səy tələb edir və AGF-nin buna əmək sərf etməsi gözəl haldır”, deyərək, əlavə edib ki, Braziliya Dünya Kubokunda iki gimnast tərəfindən təmsil olunur.

“Bakıda möhtəşəm gimnastika arenası inşa edilib və aydındır ki, burada da çox əmək sərf edilib. Əldə olunan nailiyyətlərdən görünür ki, Azərbaycan hər zaman hər şeyi ən yüksək səviyyədə edir. Məhz bu səbəbdən Azərbaycanda bu qədər yüksək səviyyəli yarışlar keçirilir. Bu il keçiriləcək növbəti turnirləri də səbirsizliklə gözləyirəm”, diplomat bildirib.

Səfir idman sahəsində Braziliya və Azərbaycan əməkdaşlığına böyük diqqət ayırmağı planlaşdırdığını qeyd edib. “Mən artıq idman naziri ilə görüşmüşəm və Azərbaycanla bağlanmış ilk müqavilələrdən biri idman sahəsində əməkdaşlıq haqqındadır. Mən Braziliya futbol federasiyası ilə əlaqə saxladım və mənə dedilər ki, Parana ştatında Azərbaycan komandaları ilə nümayiş matçları keçirməyi təklif etmək istəyirlər. Paranada həyat səviyyəsi çox yüksəkdir və futbol matçları da burada yüksək səviyyədə keçirilir”, Manuel Monteneqro bildirib.

“Buna baxmayaraq, ilk növbədə biz kapoeyra ilə məşğul olanlara yardım etmək istəyirik. Azərbaycanda kapoeyra federasiyası var və bu idman növünə bütün yaş kateqoriyalarından yüzlərlə insanın yüksək marağı var. Bu hal mənə çox toxundu. Mən sürpriz hazırlamışam: kapoeyra ilə maraqlanan bəziləri portuqal dilini öyrənmək istəyir və biz onlar üçün dil dərsləri keçirəcəyik. Bu, idman sahəsində ən prioritet məsələlərdən biridir”, səfir qeyd edib.

O, həmçinin azərbaycan azarkeşlərinin braziliya futboluna olan diqqətinə görə minnətdarlıq bildirib. “İdman – anlayış və qardaşlığın beynəlxalq dilidir. Biz xalqların yaxınlaşmasına kömək etmək üçün onu təkmilləşdirməliyik. Xalqlar arasındakı əlaqə prioritetlərdən biridir və bizim dövlətlər bunun üzərində çalışmaq üçün razılığa gəliblər”, Manuel Monteneqro deyib.

Bakıda, Milli Gimnastika Arenasında, Beynəlxalq Gimnastika Federasiyasının trambolin və tamblinq Dünya Kuboku ilk dəfədir keçirilir. Turnirdə Azərbaycanı beş idmançı təmsil edir, Rusiyadan 11, ümumilikdə isə 30 ölkədən təxminən 200 gimnast iştirak edir. Kubokun qalibləri Tokio Olimpiadası üçün kvalifikasiya əldə edəcəklər.


Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.