BP Azəri Şah Dəniz qaz hasilatını artırmağı, AÇG-də isə neft istehsalını sabit saxlamağı planlaşdırır (Reuters, ABŞ)

Bu il, BP Azərbaycanın Şah Dəniz qaz yatağında hasilatın həcmini artırmağı və Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında hasilatı sabit saxlamağı planlaşdırır, BP rəsmisi bildirib.

Ötən həftə, BP-nin rəhbərlik etdiyi konsorsium bəyan etdi ki, keçən il AÇG-də gündə orta hesabla 584 min barel neft hasil edilmişdir, bu da ümumilikdə 29 milyon barel deməkdir və bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə demək olar ki dəyişməyib.

Şah Dəniz yatağından 11.5 milyard kub metr təbii qaz və 2.5 milyon kondensat hasil edilib,  2017-ci ildə bu göstəricilər müvafiq olaraq 10.2 milyard kub metr qaz və 2.4 milyon ton kondensat təşkil edib.

“Biz, 2019-cu ildə, Azəri-Çıraq-Günəşli yatağında xam neft və Şah Dəniz yatağının qaz istehsalında artımın sabit qalmasını gözləyirik. Həmçinin, bu il və gələcək illər ərzində, Şah Dənizdə hasilatı artırmağa davam edəcəyik”, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Reuters-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, indiyəcən 3.5 milyard barel neft istehsal edən nəhəng AÇG yataqları daha 3 milyard barel istehsal etmək potensialına malikdir.

2017-ci ildə, BP və Azərbaycan AÇG yataqlarının işlənməsinə dair sazişi 2050-ci ilədək uzatmağı qərara aldılar. 1994-cü ildə ilk imzalanan zaman Azərbaycan hökuməti tərəfindən “Əsrin müqaviləsi” deyə adlandırılan bu sazişin ilkin olaraq 2024-cü ilədək davam etməsi planlaşdırılmışdı.

Aslanbəyli, uzadılmış müqavilədə nəzərdə tutulan şərqi və mərkəzi Azəri yatağında işlənmə və hasilat üzrə yekun investisiya qərarının bu ilin birinci yarısında veriləcəyini, dedi.

TEXNİKİ BAXIM VƏ QAZMA PLANLARI

Aslanbəyli bildirdi ki, BP-nin rəhbərlik etdiyi konsorsium bu il mərkəzi Azəri və qərbi Çıraq yataqlarında aparılan texniki baxım işlərini bir neçə həftəlik iki dəfə dayandırmağı planlayırdı, ancaq hər iki hadisə istehsal proqnozlarında nəzərdə tutulmuşdu.

Onun sözlərinə görə, Azərbaycanın nəhəng Şah Dəniz yatağının ikinci mərhələsindən Avropa bazarlarına ilk qaz nəqli tam vaxtında-2020-ci ildə həyata keçiriləcək.

“Biz, Şah Dəniz 2 qazının Avropaya plana uyğun olaraq, gələn il çatdırılacağından tam əminik”, Aslanbəyli qeyd etdi.

Şah Dəniz 1 2006-ci ildən bu yana qaz nəql edir, Şah Dəniz 2 isə ildə, 10 milyard kub metri Avropaya, qalan 6 milyard kub metri də Türkiyəyə nəql ediləcək ümumilikdə 16 milyard kub metr təbii qaz verəcək. 

Onun sözlərinə görə, Azərbaycandan Avropaya gedən Cənub Qaz Dəhlizi boyunca boru kəmərlərinin həcmi əlavə qaz mənbələri əlverişli olduğu təqdirdə genişləndirilə bilər: “Bu, Azərbaycandan, digər yataqlardan olan yeni tədarük mənbələri ola bilər”.

O, Şəfəq-Asiman qaz yatağını “perspektiv” adlandıraraq BP-nin orada ilk kəşfiyyat quyusunu qazmağı bu il planlaşdırdığını dedi.

Hər şey gözlədiyimiz qədər ümidverici olarsa, Şəfəq-Asiman həqiqətən böyük qaz ehtiyatlarına sahib olacaq və bu, Şahdəniz ilə müqayisə edilə bilən dərəcədə olacaq”, o dedi.

O, əlavə etdi ki, şirkət Abşeron yarımadasının dayaz sularında iki kəşfiyyat quyusu qazacaq və bu ilin sonunda Qobustan sahil yatağında sınaq kəşfiyyat qazma işləri aparacaq.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.