BP ARDNŞ (SOCAR) -dan qaz kəmərində iştirak etmək üçün təklif alıb (Fox Business, ABŞ)

BP ARDNŞ (SOCAR) -dan qaz kəmərində iştirak etmək üçün təklif alıb

Azərbaycan Respublikası Dövlət neft Şirkəti Trans-Anadolu qaz kəmərində (TANAP) iştirak etmək üçün BP-yə təklif göndərib. Məlumatı BP-in Şah Dəniz layihəsinin vitse-prezidenti Al Cook bugün jurnalistlərə bildirib.

"Biz TANAP-a qatılmaq üçün SOCAR-dan rəsmi dəvətnamə almışıq" - cənab Cook bildirib. "Biz kəmərlərin idarə edilməsindəki təcrübəmizlə SOCAR-ı dəstəkləyəcəyik və bu səbəbdən proyekti yatırım etmək və dəstəkləmək üçün kifayət qədər maddi pay əldə etmək istəyirik."

TANAP Azərbaycandan Türkiyə vasitəsilə  Avropaya çıxan qaz kəməridir. Kəmər vasitəsilə Xəzər dənizinin cənubunda yerləşən Azərbaycanın ən böyük təbii qaz yatağı Şahdəniz yatağının ikinci fazasından çıxan qaz nəql ediləcək.

Şahdəniz 2 yatağının ildə 9 milyard qaz istehsal edən Şahdəniz 1 yatağına əlavə olaraq 16 milyard kub metr qaz verəcəyi gözlənilir.

"Biz bu kəmərləri daha yaxşı anlamaq, onların hansı qiymətə malik olduqlarını bilmək, hansı qaz bazarlarını ələ keçirə biləcəklərini öyrənmək üçün onları inkişaf etdirmək istəyirik" - Cook qeyd edib.

"Bundan sonra, kəmərlərin risk və dəyərlərini daha yaxşı anladıqdan sonra TAP vəya Nabukko Qərb (iki rəqib kəmərlər) layihələrindən hansını seçəcəyimizə qərar verəcəyik"

"Biz iki Avropa kəmərləri - TAP və Nabukko Qərb kəmərlərinin imkanlarını bərabər və eyni qaydada öyrənəcəyik. Bu iki proyekt ilə də eyni razılaşmaları imzalayacıyıq. Baxmayaraq ki, TAP-da bərabərhüquqlu iştirak hüququ əldə etmişik, həmçinin Nabukko-da da bunu əldə etməyi planlaşdırırıq."  - cənab Cook əlavə edib.

Bundan öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, şirkət 80% paya sahib olduğu TANAP layihəsinə yeni iştirakçıları cəlb etməkdə maraqlıdır. O qey etmişdi ki, BP, Statoil və Total daxil olmaqla bir neçə şirkətlər layihəyə öz maraqlarını bildiriblər.

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.