BƏƏ və Azərbaycan əməkdaşlıq, regional və qlobal inkişafları müzakirə edir (UrduPoint, Pakistan)

BƏƏ və Azərbaycan ortaq maraqlara nail olmaq üçün əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə ediblər

BƏƏ və Azərbaycan BƏƏ-Azərbaycan Siyasi Məsləhət Komitəsinin ikinci iclasında ortaq maraqlara nail olmaq üçün əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Əbu Dabidə başlayan görüşdə ümumi maraq doğuran müxtəlif məsələlərə toxunulub.

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Marar və Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyevin sədrliyi ilə keçirilən iclasda tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.

Tərəflər ümumi nöqteyi-nəzərləri beynəlxalq ictimaiyyətə daha yaxşı çatdırmaq və regional və beynəlxalq arenadakı məsələləri və problemləri həll etmək üçün regional və beynəlxalq təşkilatlarda ikitərəfli koordinasiya və əməkdaşlığın artırılmasına dair razılığa gəliblər.

Sonda tərəflər siyasi məsləhətləşmələrin üçüncü iclasının diplomatik kanallar vasitəsilə razılaşdırılacağı tarixdə Bakıda keçirilməsinə dair razılığa gəliblər.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.