Bakı-Tiflis-Ceyhan boru kəmərində neft daşımaları 10% azalıb (Bloomberg, ABŞ)

Bakı-Tiflis-Ceyhan boru kəmərində neft daşımaları 10% azalıb

BP-in əsas paya sahib olduğu Bakı-Tiflis-Ceyhan neft kəməri ötən illə müqayisədə bu ilin ilk yeddi ayında 10% az neft daşıyıb.

BTC kimi tanınan neft kəməri vasitəsilə yanvar ayından iyul ayına kimi 17.88 milyon ton neft daşınıb. Bu rəqəm ötən il isə 19.87 milyon ton olub. Məlumat Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc edilib. SOCAR BTC layihəsində Azərbaycan şirkəti olan enerji tərəfdaşıdır. Azalmanın səbəbi qeyd edilməyib.

Azərbaycanın paytaxtı Bakının cənubunda yerləşən BP-in Sanqaçal terminalından Gürcüstandan keçməklə Türkiyənin Aralıq dənizinə çıxan Ceyhan portuna kimi uzanan kəmərlə BP-in işlətdiyi Azəri-Çıraq-Günəşli və Şah Dəniz yataqlarından çıxan xam neft ixrac edilir.

Azərbaycanın xam neft ixracatı birinci altı ayda 7.1 fazi aşağı düşərək 22.2 milyon ton təşkil edib. Məlumatı ötən ay Dövlət Statistika Komitəsi açıqlayıb. Keçmiş Sovet məkanında üçüncü ən böyük neft hasilatçısı olan Azərbaycan keçən il 45.6 milyon ton neft və 25.8 milyard kub metr təbii qaz istehsal edib.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.