Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək (Alayam, Bəhreyn)

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.

Əd Dairi ötən il İstanbul Forumunun uğur qazanmasından sonra Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Bəhreyn Holidays Turizm Forumunun ardıcıl olaraq ikinci il təşkil olunacağına diqqət çəkib.

Əl Dairi deyib ki, “Biz hal hazırda Bəhreynin daxili və xaricində səyahət və turizm şirkətləri, agentlikləri ilə əməkdaşlıq edərək ölkənin mövcud turizminin möhkəmləndirilməsi üçün çalışırıq. Və bütün bu müddət ərzində müxtəlif istiqamətlərdə çalışdığımız agentliklərimiz vasitəsilə ölkələrarası turizmin möhkəmləndirilməsi, turizm mübadiləsi, mövcud turizmin tanıdılılması yönündə seminarlar, vebinarlar, görüşlər keçirilmişdir”.

Əl Dairi ölkələrsarası turizmin möhkəmləndirilməsi üçün əməkdaşlıq metodlarının müzakirə olunacağına işarə edərək qeyd edib ki, form, yeni şirkətlərlə iş və eyni zamanda təcrübə mübadiləsində ortaq turizm agentlikləri üçün fürsət yaradacaqdır.

Əl Dairi, “ölkənin tanıdılmasına və xüsusilə, mövcud turizmin canlandnırılmasına böyük diqqət ayırırıq. Ölkəmiz turistlər üçün cazibəli, çoxsaylı, növbənöv turistik ünsürlər ilə doludur” deyə vurğulayıb.

Əl Dairi Bəhreyn hakimiyyətinin, ölkəyə gələn turistlərə, turizm sektorunda bir çox investorlara ölkəni tanıtma ilə yanaşı, eyni zamanda beynəlxalq forumlarda ölkənin tanıdılması yönündə keçirdiyi sərgiləri və eləcə də turizm sahəsindəki işləri tərifə layiq bilib.

Forum üçün Azərbaycan Resbuklisaının seçilməsi barəsində Əd Dairi bildirib ki, Azərbaycan Respublikası bizim başlıca istiqamətlərimizdən biridir, eyni zamanda həftədə iki dəfə olmaqla Azərbaycan səması üzərindən uçuşlar həyata keçirlir. Bu xarici turizm müstəvisində getdikcə artan tələbat nəticəsində yeni və fərqli bir istiqamətdir.Və ümid edirik ki, bunun vasitəsilə mövcud turistik uçusları Bəhreyn üçün də möhkəmləndirə bilərik.

Əl Dairi onu da qeyd etdi ki, 2 ölkə arasındakı xoşməramlı əlaqələr və qarşılıqlı imkanlar ölkələrarası turizm mübadiləsini artırmaqdadır. Xüsusilə, bu yaxınlarda BMT təşkilatının Mədəni İrsin qorunması komitəsi tərəfindən Bəhreynə məxsus Dilmun təpəliklərinin Mədəni İrsin siyahısına əlavə olunması iclasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi bu əlaqələri gücləndirmişdir.

Digər tərəfdən Əl Dairi , “Bahrain Holidays” şirkəti barədə məlumat verərəkən bildirmişdir ki, şirkət yay mövsumu ərzində Bəhreyndəki turizm və səyahət agentlik tərəfdaşlarının da dəstəyilə şirkətin başlıca fəaliyyətlərindən biri olan qrup səfərləri baxımından bir sıra uğurlar əldə etmişdir.

Qeyd etmək lazımdır ki, “Bahrain Holidays” şirkəti turistik xidmətlər sektoruna yeni üslub gətirir, çünki, ölkədə və ölkə xaricində turizm agentlikləri və böyük turizm şirkətləri ilə ortaqlıqlar inşa etməyə çalışır və onlara dünyanın müxtəlif istiqamətlərinə qrup səfərlərinin təşkili baxımından öz turistik xidmətlərini təqdim edir. Şirkət sadəcə öz ortaqlarına bu xidmətləri təqdim edir”.

Həmçinin, şirkət, ölkə xaricindən ortaq turizm şirkətlərinin müsafirləri üçün yeni, fərqli turizm xidmətləri təklif edir . Belə ki qonaqları Bəhreyn Beynəlxalq Hava Liamanına getmədən əvvəl bir günlük nəqliyyatla yanaşı ölkənin otellərindən birində pulsuz qalma ilə təmin edir.

Bununla yanaşı, şirkətin sadəcə səyahət xidmətləri barəsində deyil , eyni zamanda səyahət edənlərin hoteldən hava limanına və bunun əksi hava lianından otelə , və səyahət zmaanı yarana biləcək digər xidmətlərlə yanaşı , sığorta xidməti barədə də məlumat verdi. Səyahət edənlərin sığorta məsələləri baxımdan ən böyük sığorta şirkətlərində biri olan Küveyt Bəhreyn şirkəti ilə əməkdaşlıqlarının mövcud olduğunu bildirdi.

O qeyd edib ki, ölkədəki ticarət komplekslərindən biri Körfəz ölkələrindən olan Bahrain Holidays qonaqlarına endirimlər və kuponlar təqdim edir. Və bu xidmətlər uğurla həyata keçirilir və çoxlu sayda Körfəz ölkələrindən olan turistləri özünə cəlb emişdir. Bu da Körfəz turistlərinin Bəhreyn Beynəlxalq hava limanından istifadələrinin sayını artmasına səbəb olmuşdur. Və səyahət edərkən Bəhreyn hava limanı onlar üçün yaxşı bir seçim olmuşdur.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.