Bakı Avropadan islahatlar üçün yardım alır (United Press International , ABŞ)

Avropa Komissiyası Azərbaycan hökümətinə Avropa ilə əlaqələri daha da təkmilləşdirmək üçün lazım olan islahatları həyata keçirmək üçün maliyyə yardımı ayırdığını elan edib.

İllik proqram çərçivəsində Avropa Komissiyası "Avropa İttifaqı ilə ikitərəfli münasibətlər və xüsusən də məhkəmə və miqrasiya sahələri üçün" 24.4 milyard dollar vəsait ayırıb.

Komisar qeyd edib ki, yardım Azərbaycanda iqtisadi bərabərsizliyi azaldacaq və sosial iqtisadi inkişafa gətirəcək.

"Bu yardım Azərbaycanlıların rahat hərəkət etməsini sürətləndirəcək visa qeydiyyatının müasirləşdirilməsi daxil olmaqla Avropa İttifaqı Azərbaycan fəaliyyət planı çərçivəsində razılaşdırılmış işlərin həyata keçirilməsi üçün dəstək olacaq" - komissar bəyan edib.

Human Rights Watch bildirib ki, may ayında Bakıda Avroviziya mahnı müsabiqəsi ərəfəsində prezident İlham Əliyev hökümətinə qarşı etirazlarını bildirən insanlar polis tərəfindən saxlanılıblar.

Avropa Parlamentinin üzvləri bayram zamanı Azərbaycanın paytaxtında insan haqlarının pozulmasina qarşı narahatçılıqlarını ifadə edərək qətnamə qəbul ediblər. Təxminən 100 nəfər fəal mərkəzi metro stansiyasının yaxınlığında toplaşmış və hökümət qüvvələri tərəfindən dağıdılmışdılar.

Avropalı deputatlar Azərbaycanda pozuntuların qalacağı təqdirdə ölkədəki insan haqlarının vəziyyətini monitorinq etməyə çağırıblar.

Nəşrin orijinalı: Baku gets reform aid from Europe
Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan səfiri Genoa limanına səfər edib

PortSEurope

Qərbi Ligurian Dəniz Limanı İdarəsinin (Autorita 'di Sistema Portuale del Mar Ligure Occidentale) Prezidenti Paolo Emilio Signorini Genoada liman rəhbərliyinin qərargahında rəsmi səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəni qarşılayıb.

Harrodsda 16 milyon funt sterlinq xərcləyən qadın sərvəti üçün mübarizə aparır

BBC

Həbsdə olan bankirin həyat yoldaşı Böyük Britaniyanın ilk Açıqlanmayan Sərvət Ordeninin (ASO) ləğvi üçün mübarizə aparır.

Harrodds-da 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyeva 15 milyon funt sterlinq dəyərində Naytsbricdəki (Knightsbridge) evini və Berkşirdəki (Berkshire) qolf meydançasını itirməklə üz-üzə qalıb.

Azərbaycanın Azvirt şirkəti Serbiya avtomobil yolunun inşasına başlayır

Emergine Europe

Azərbaycanın mülki mühəndislik şirkəti Azvirt Serbiyanın şimalındakı Ruma və Loznitsanı birləşdirən 467,5 milyon avro dəyərində olan avtomobil yolunun inşasına başlayıb, Serbiyanın İnfrastruktur Nazirliyi bildirir.

Bakcell şirkəti Vodafone Ukraynanı 743 milyon ABŞ dollarına satın alıb

Emergine Europe

Rusiya telekommunikasiya operatoru MTS Group, Vodafone Ukraynanın Azərbaycanın NEQSOL Holdinqinə daxil olan Bakcell şirkətinə satılması ilə bağlı qanuni müqavilə imzalayıb.