Bakcell şirkəti Vodafone Ukraynanı 743 milyon ABŞ dollarına satın alıb (Emergine Europe, Böyük Britaniya)

Rusiya telekommunikasiya operatoru MTS Group, Vodafone Ukraynanın Azərbaycanın NEQSOL Holdinqinə daxil olan Bakcell şirkətinə satılması ilə bağlı qanuni müqavilə imzalayıb.

Müqaviləyə əsasən, MTS Qrupu Hollandiyada yerləşən və Vodafone Ukraynanın tam səhmdarı Preludium BV şirkətindəki 100 faizlik payını təxmini 84 milyon ABŞ dolları dəyərində olan gecikdirilmiş ödəmə də daxil olmaqla 734 milyon ABŞ dollarına satıb.

“Ukrayna bazarında ikinci telekommunikasiya operatoru olan Vodafone Ukraynanın alınması ilə NEQSOL Holdinq qrupuna aid olan şirkətlər tərəfindən beynəlxalq iştirakın genişləndirilməsi və yeni bazarlara çıxma strategiyasını davam etdiririk”, NEQSOL Holdinqin Baş Direktoru Yusif Cabbarova istinadən bəyanatında bildirib.

O əlavə edib ki, telekommunikasiya sənayesi onların işinin prioritet sahələrindən biridir və buna görə Holdinq “daim innovativ və etibarlı telekommunikasiya həllərinə investisiya qoyacaqdır”.

Vodafone Ukrayna Ukrayna mətbuatına bildirib ki, şirkət bütün tarif planları, xidmətlər, müqavilələr və digər öhdəlikləri qüvvədə saxlayaraq Vodafone brendi altında xidmətlər göstərməyə davam edəcək.

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan səfiri Genoa limanına səfər edib

PortSEurope

Qərbi Ligurian Dəniz Limanı İdarəsinin (Autorita 'di Sistema Portuale del Mar Ligure Occidentale) Prezidenti Paolo Emilio Signorini Genoada liman rəhbərliyinin qərargahında rəsmi səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəni qarşılayıb.

Harrodsda 16 milyon funt sterlinq xərcləyən qadın sərvəti üçün mübarizə aparır

BBC

Həbsdə olan bankirin həyat yoldaşı Böyük Britaniyanın ilk Açıqlanmayan Sərvət Ordeninin (ASO) ləğvi üçün mübarizə aparır.

Harrodds-da 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyeva 15 milyon funt sterlinq dəyərində Naytsbricdəki (Knightsbridge) evini və Berkşirdəki (Berkshire) qolf meydançasını itirməklə üz-üzə qalıb.

Azərbaycanın Azvirt şirkəti Serbiya avtomobil yolunun inşasına başlayır

Emergine Europe

Azərbaycanın mülki mühəndislik şirkəti Azvirt Serbiyanın şimalındakı Ruma və Loznitsanı birləşdirən 467,5 milyon avro dəyərində olan avtomobil yolunun inşasına başlayıb, Serbiyanın İnfrastruktur Nazirliyi bildirir.