Bakcell Azərbaycan Mobil Şəbəkəsi üçün PT şirkətinin nömrə köçürmə həllini seçdi (Yahoo! Finance, ABŞ)

PT (PTIX), dünyanın aparıcı şəbəkə kommunikasiyaları təchizatçısı bugün elan etdi ki, Bakcell Azərbaycan, Bakıdakı şəbəkələri üçün şirkətin SEGway nömrə ötürmə həllini seçdi. Yenilik ölkənin "Rabitə nazirliyinin" servis provayderlərinə öz abonentlərinə nömrələrini dayişmək üçün şərait yaratmaq göstərişini yerinə yetirmək üçün edilir. Bakcell ölkənin birinci mobil operatoru və aparıcı internet provayderidir və hazırda 2.6 milyon müştəriyə xidmət göstərir.

Nömrə köçürmə həlli tez bir şəkildə və ekonomik olaraq PT-nin güclü SEGway Siqnal platformasında - artıq Bakcell mobil infrastrukturunun daxili elementi olan modullu və dəyişkən sistemində yaradıldı. SEGway-in sinif-daşıyıcı IP sistemi yeni nəsil şəbəkələri inkişaf etdikcə durmadan inkişaf və  yeni gəlirgətirən funksiyaları əlavə etmək üçün ideal platformadı.

Bakcell Şəbəkə idarəetmə mərkəzi şöbəsinin rəhbəri Cordan Raşev bildirir: "Biz çətin problemlə üzləşdik, təchizatçı seçimi, testdən keçirmək və qısa zamanda şəbəkəmizin işinə təsir etmədən nömrə köçürməni həyata keçirmək lazım idi. Biz əmin idik ki, PT bizim gözlədiyimiz keyfiyyəti verəcək və deyilən müddətə başa çatdıracaq. Biz hədsiz dərəcədə onların məhsul və xidmətlərindən razıyıq."

"Bu, PT-in siqnallaşma sahəsində zəngin və uzun təcrübə tarixinin nəticəsidir ki, servis provayderlərinin qarşılaşdıqları bu kimi çətinliklərə dərhal cavab verə bilirik." - PT-in İdarə heyətinin sədri Con Slasser qeyd edib. "Bizim üçün SEGway - in əhatə dairəsinin dünya üzrə genişlənməsini görmək fəxrdir."
PT-in SEGway siqnal ötürücü məhsulları dünyanın öndə gedən simsiz şəbəkələrinin siqnallaşma təminatının əsasını təşkil etməklə minlərlə yerlərə yayılıb. Öz kiçik ölçüləri və böyük ötürücülük qabiliyyəti, kiçik və ən böyük şəbəkələri nizamlama imkanları ilə SEGway sənayenin əsas siqnallaşma memarı hesb edilir. 
Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.