Azərbaycanlı mühacir Ukraynada necə iş adamı olduğu haqda danışır (Gazeta.ua, Ukrayna)

Azərbaycanlı mühacir Ukraynada necə iş adamı olduğu haqda danışır

Azərbaycanlı Alim Ələsgərovun Kiyev vilayətinin Skvirskaya rayonunun Txorivka kəndində qoyun ferması var. Azərbaycan və Türkiyəyə qoyun ixrac edir.

“Uşaqlıqdan fermer olmaq istəyirdim. Ukraynada heyvandarlıq üçün yaxşı imkanların və torpaqların olduğunu eşidəndə bura gəlməyə qərar verdim. Svetlana adında yerli bir qızla evləndim. Hazırda qızımızın və oğlumuzun tərbiyəsi ilə məşğuluq”, Alim Ələsgərov Gazeta.ua-ya müsahibəsində deyib. 

İlk öncə evlilər Ağ Kilsədə yaşayıblar. Bir il sonra kəndə köçüblər.

“Dərhal rayon mərkəzində gözəllik salonu açdım. Evdə toyuq, qaz, keçi saxlamağa başladım. 10 inək və sağma aparatı aldım. İlk zamanlar çətin idi, çünki bütün qazancımızı biznesə və təsərrüfata qoyurduq. Bəzən yol pulu və çörək pulumuz olmurdu. Yardım istəyəcək kimsəmiz yox idi. Sonra təsadüfən üçdən çox inək sahibi olana sağma aparatının pulunu geri qaytaran dövlət proqramı haqqında eşitdim. Kənd şurasının sədrliyindən heyvanların sayına dair şəhadətnamə aldıq və ərizə yazdıq. Bir müddət sonra pulu həqiqətən qaytardılar”.

Alimin sözlərinə görə, bir il ərzində salonda işlər xeyli düzəldi, müştərilərin sayı artdı. Lakin ev təsərrüfatı ilə biznesi bir yerdə idarə etmək alınmırdı. Bu səbəbdən fəaliyyət növünü dəyişməyi qərara aldım.

“Gözəllik salonunu bağladım. Süddən cüzi gəlir gəldiyinə görə bütün inəkləri də satdım. Əlimdəki pulla romanov cinsindən 50 qoyun aldım. Onlar sürətlə çoxalırlar, bir qoyun bir dölləmədə 3-4 quzu verir. Bir ilə 200 başdan ibarət sürüm vardı artıq. Indi isə onların sayı mini keçir. Hamısını evin yanında kirayələdiyim fermada saxlayıram. Iş olmayan başqa kəndlərdən çobanları işə götürdüm. Onlar fermadakı evdə yaşayırlar. Biz onları qida  ilə təmin edirik. Internet və televiziyanı da qoşmuşuq”.

Alimin ilk müştəriləri tanışları olub. Quzu ən çox Kiyevdə restoran və kababxana tutan xaricilər tərəfindən sifariş edilir.

“Şəhərdə hətta başqa ölkədən olan müsəlman görəndə belə həmişə salamlaşırıq. Nəzakətli söhbət tanışlığa çevrilir. Bu şəkildə müştəri dairəsi yaranır. Onlar məni dostlarına məsləhət gördülər və iş yoluna düşməyə başladı. Hərdən tanış olmayan adamlar zəng edib deyir ki, kabab üçün təcili ət lazımdır. Karta pul göndərirlər. Biz də quzunu kəsib avtobus ilə göndəririk. Azərbaycan və Türkiyədə bəsləmək üçün diri qoyun alırlar”.

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.