Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər (Интерфакс, Rusiya)

Azərbaycanla sıx əməkdaşlıq Şimali Qafqazda stabilliyin yaranmasına yardım edə bilər, Moskvada belə hesab edirlər

Azərbaycandakı tolerantlıq ideologiyasını Şimali Qafqaza daxil olması bu regionda gərginliyin aradan qalxmasına gətirib çıxara bilər. Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal vilayətindəki (ŞQFV) səlahiyyətli nümayəndəsinin müavini Serqey Subbotin bəyan edib.

«Biz Azərbaycandakı millətlərarası, konfessiyalararası, həmçinin terrorizmə qarşı mübarizədə olan müsbət cəhətlərdən istifadə edir və etməyə davam edəcəyik», - S.Subbotin «İnterfaks-Azərbaycan» agentliyinə deyib.

«Azərbaycanla bu cür sıx əlaqə, Azərbaycandakı tolerantlıq idealogiyasının, dostluğun Şimali Qafqaza daxil olması, nə zamanki çoxlu millətlər birgə yaşayır və özlərini rahat hiss edir, mənim fikrimcə bu, Şimali Qafqazdakı respublikalarla münasibətlərin düzəldilməsi yolunda elementlərdən biri olacaq», - o əlavə edib.

S.Subbotin həmçinin bəyan edib ki, yaxın zamanda  ŞQFV-da səlahiyyətli nümayəndənin Azərbaycan üzrə nümayəndəliyinin yaradılması planlaşdırılır.

«Söhbət RF Şimali Qafqaz federal vilayətinin bütün subyektlərinin maraqlarının birləşdirəcək nümayəndəlikdən gedir. Onların çoxu nümayəndəliyin açılmasını istəyir. Qərara almışıq ki, Azərbaycan dövlət orqanları ilə birlikdə ŞQFV-ın bütün subyektlərinə yardım edə biləcək vahid orqan yaratmaq istəyirik. Bundan başqa, vilayətin özündə bütün subyektlərin xarici bazarda hərəkətlərinin koordinasiyası üzrə işçi qrupu yaratmaq istəyirik. Bu iki orqanın qarşılıqlı əlaqəsi fikrimizcə işimizin səmərəliliyini artıra bilər», - Rusiya prezidentinin səlahiyyətli nümayəndəsinin müavini qeyd edib. 

Rusiya regionuna aid digər nəşrlər

İstintaq Komitəsi Qafqazdan olan əsgərləri Uralda milli ədavəti qızışdırmaqda günahlandırır

Uralda Qafqaz respublikalarından çağrılmış əsgərlər öz xidmət yoldaşlarının kürəyində "Dağıstan", "Azərbaycan" və digər yazılar yazıblar. Onlar milli zəmində ədavəti qızışdırmaqda günahlandırılırlar. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin mətbuat xidməti bildirib.

Yekaterinburq qarnizonu üzrə hərbi istintaq şöbəsi 61423 saylı hərbi hissənin hərbi xidmətçiləri sıravi Teymur Məmmədov və Elbrus Musayeva qarşı cinayət işi açıb.

Azərbaycan Kuban şəhərinə humanitar yardımla dolu maşın karvanı yollayıb

Azərbaycan RF-in daşqından ziyan görmüş Krasnodar vilayətinə humanitar yardım - içməli su, şirə və qida məhsulları göndərib. Bu barədə "Новости-Азербайджан" agentliyi xəbər verib.

22 yük maşınından ibarət avto-karvan dünən 8 iyulda Rusiyaya yola düşüb. Karvana FHN MM qoşunları qərargah rəisi Aslan Hüseynov başçılıq edir.