Azərbaycanın səfiri Narayanqancdakı Summit elektrik stansiyasına səfər edib (, Banqladeş)

Azərbaycanın səfiri Narayanqancdakı Summit elektrik stansiyasına səfər edib

Azərbaycanın Banqladeş, Hindistan, Butan, Şri Lanka və Nepalda fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyev müavini Babək Əhmədovla birgə 9 mart tarixində Sammit Narayanqanc Elektrik Stansiyasının 1-ci və 2-ci bloklarını (165 mVatt) ziyarət ediblər. 

Azərbaycan Respublikasının səfirinin səfəri Sammit Qrupun sədr müavini Cafər Anmid Xanın dəvəti ilə baş tutmuşdur.

Səfər zamanı Azərbaycanın səfiri qeyd etmişdir: "Sammit Narayanqanc elektrik stansiyasının iş prosesini yaxından öyrənmək çox maraqlı olmuşdur. Yüksək səviyyəli idarəçilik və stansiyasın  yerləşdiyi gözəl yer məni çox heyran etdi"

Azərbaycanla Banqladeş arasında siti ikitərəfli münasibətlər mövcuddur. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edən zaman Banqladeş onu tanıyan ilkin mərhələdə tanımış ölkələrdən olmuşdur. Banqladeş Azərbaycana əsasən dərman məhsullar ixrac edir.

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan şəriətə əsaslanan kooperativlərlə birgə çalışacaq

Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov bu yaxınlarda Cakartada İndoneziya Kooperativlər Birliyinin sədri Sahala Panggabean və Nasari Sharia Kooperativlərin sədri Chandra Saritua ilə görüşərək, hər iki ölkədə şəriət əsaslı kooperativlərdəki əməkdaşlıq və imkanları müzakirə edib.