Azərbaycanın paytaxtı Bakıda palçıq vulkanları və qaya üstü rəsimlərin sirli dünyası (The Indian Express Hindistan)

Dünyada 700 palçıq vulkanı var və onların təxminən yarısı Xəzər Dənizi boyunca Qobustan Milli Parkının post-apokaliptik, Aysal landşaftında aşkar edilmişdir.

Sobada bişən qatı, tünd güvəçə bənzəyir. Yaxud da yerdəki qara palçıqdan qaçmağa çalışan qabarıq canlıya. Lakin bu, Azərbaycanın paytaxtı Bakıya yaxın yerləşən Qobustandakı palçıq vulkanlarında fəaliyyət göstərən təbii qüvvələrdən başqa bir şey deyil. Azərbaycan təbii neft ehtiyatları ilə zəngindir: yerin altındakı vulkanik fəaliyyət qəribə fenomenlərə səbəb olur - yüz illər boyu Yanar Dağ dağında külək və yağışa baxmayaraq dayanmadan yanan alov və Qobustanın palçıq vulkanlarında qalın maqma kimi maddə püskürdən geniş kraterlər.

Dünyada təxminən 700 palçıq vulkanı mövcuddur və onların az qala yarısı Xəzər dənizi boyunca Qobustan Milli Parkının post-apokaliptik, Aysal landşaftında aşkar edilmişdir. Palçıq vulkanları yeraltı metan qazının zəif yerlərdən keçdiyi məkanlarda meydana gəlir. Yəni vulkan bu püskürmələrin çox qaynar olduğunu bildirir? Belə çıxır ki, yox. Əlimi bələdçi nəzarəti altında ehtiyatla palçığa batırdım; Sürüşüb kraterə düşsəm, yer nüvəsinin dərinliyinə doğru sürüklənəcəm? Palçıq soyuqdur, donmağa yaxındır, əlimi çıxaran kimi dərhal quruyur.

Ətrafımda kraterin kənarında bir qrup gənc britaniyalı turistin iştirak etdiyi dramatik bir səhnə görünür. Kişilərdən biri köynəyini çıxardı və yoldaşları onu içəri girməyə təşviq edir. O, əzələləri ilə yalançı cəsarət nümayiş etdirərək ehtiyatla palçığa addım atır. Mən bütün bu olanlara bir nəfəsə baxarkən, digərləri onun bu macərasını sonrakı nəsillər üçün kameraya çəkməklə məşğuldurlar. O, üzündə müvəffəqiyyət təbəssümü ilə çiyninəcən palçığa batır. Vulkan palçığı dəriyə faydasından əlavə, sinir sistemi xəstəlikləri, oynaq ağrılarında və s. müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq bütün bunlar zarafatdan başqa bir şey deyil və o, tez bir zamanda fit səslərinin sədaları altında palçıqdan çıxır.

Təpədən enərək, dağılmış və uçulmuş quru torpaq yolu ilə SSRİ dövründən qalmış maşınımın məni yenidən sivilizasiyaya aparmaq üçün gözlədiyi yerə qayıdıram. Bir saat əvvəl məni Bakıdan gətirmiş böyük bir tur avtobusundan düşüb köhnə Premier Padmini markalı avtomobilə mindim. Sürücüm vulkanlara yaxınlaşmamışdan öncə uzun bir asfaltsız və yol işarəsi olmayan ərazidən keçmişdi.

Yenidən avtobusa mindiyimdə toz və qara palçıq içində idim. Daha sonra qaya üstü rəsimlərin (petroqliflərin) olduğu yerə bir neçə dəqiqə yol gedirik. Qədim yunan “petro” (daş) və “glyphein” (oymaq) sözlərindən götürülmüş,  petroqliflər qayaların üstündəki sadə qrafürlərdir. Qobustan Milli Parkı dünyanın ən böyük belə petroqlif kolleksiyalarından birinə sahibdir, onlardan bəziləri son Buz dövründən 40.000 il əvvələ gedir. Qobustan Qaya Sənəti Mədəni Landşaftı kimi tanınan bu açıq muzey daş və mağara divarlarında 6000-dən çox belə qaya sənət əsərinə malikdir.

Bu petroqliflər 1930-cu illərdə bölgədə karxana işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Hazırda bura qorunan bir ərazidir, 2007-ci ildə Yunesko onu Ümumdünya İrsi məkanlar siyahısına əlavə edib. Qayalı landşaft boyunca qısa gəzinti zamanı bələdçim gündəlik həyatda olan müxtəlif mənzərələri təsvir edən petroqlifləri göstərir – rəqs edən, ovçuluq edən və yemək bişirən çubuq fiqurlar, həmçinin maral, keçi, öküz və at da daxil olmaqla ovladıqları heyvanlar. Məkanda qədim alətlər və silahlar da tapılıb ki bu da mağaralarda bir zamanlar sənətkarların yaşadıqlarına işarə edir. Petroqliflərin ən maraqlısı qamış qayıqlar dəstidir. Sənət əsəri ideal olmasa da, gəmilər Skandinaviyada tapılan oxşar qaya sənətinə bənzəyir. Burada hər zaman yeni petroqliflər və artefaktlar aşkar olunur. Nə də olsa, bu qədim qayalar öz sirlərini asanlıqla vermirlər.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.