Azərbaycanın birinci prezidenti vətənə qayıtdı (Лента-Ру, Rusiya)

Azərbaycanın birinci prezidenti vətənə qayıtdı

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 20 il Rusiyada qaldıqdan sonra iyul ayının 7-si gece vətəninə qayıtdı.

Azərbaycanın ilk ölkə başçısının qayıdışı parlamentin eks-prezidentə cinayət məsuliyyətindən azad edən  "Keçmiş prezident və onun ailə üzvləri" haqqında qanunun qəbulundan sonra mümkün olub.

Bundan əlavə həmin qanuna əsasən Mütəllibov hər ay prezidentin əmək haqqının 50% həcmində təqaüd alacaq. Xərclər üçün isə prezidentin ə/h-ın 20% həcmində pul ayrılacaq.

Ayaz Mütəllibov 1991-ci ildən 1992-ci ilə kimi hakimiyyətdə olub və bu postu alternativ olmadan tutub. Ondan əvvəl Azərbaycan SSR Komunist partiyası Mərkəzi komitəsinin sədri olub.

O, azərbaycan ordusunun Dağlıq Qarabağda uğursuz əməliyyatlarından sonra istefaya getməyə məcbur olub. Bir neçə aydan sonra hakimiyyətə qayıtsada, tezliklə devrilib və sonra  Azərbaycanı tərk edərək Rusiyay köçüb.

Mütəllibov Azərbaycan hakimiyyəti tərəfindən dövlət çevrilişində ittiham edildi və uzun zaman eks-prezident vətənə qayıda bilmədi. Azərbaycan eks-prezidenti vermək xahişi ilə Rusiyaya müraciət etsə də əks cavab alıb. İlk dəfə Mütəllibov vətəninə 2011-ci ilin avqustunda qayıdıb.

Son zamanlara qədər eks-prezident Azərbaycan Sosail-demokrat partiyasının liderlərindən biri olub. "РИА Новости"-nin məlumatına əsasən keçmiş prezident 2012-ci ilin iyun ayında ailəsinə daha çox vaxt ayırmaq və öz sağlamlığı ilə məşqul olmaq məqsədilə partiya və siyasətdən getdiyini bildirib.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.