Azərbaycanın Azvirt şirkəti Serbiya avtomobil yolunun inşasına başlayır (Emergine Europe, Böyük Britaniya)

Azərbaycanın mülki mühəndislik şirkəti Azvirt Serbiyanın şimalındakı Ruma və Loznitsanı birləşdirən 467,5 milyon avro dəyərində olan avtomobil yolunun inşasına başlayıb, Serbiyanın İnfrastruktur Nazirliyi bildirir.

Layihə Ruma ilə Sabacı birləşdirən 21 kilometrlik avtomobil yolunun, Sava çayı üzərindəki 1,3 kilometr uzunluğunda körpünün və Sabac ilə Loznica arasındakı 55 kilometrlik bir yolun inşasını nəzərdə tutur.

Serbiya hökuməti, noyabr ayında Azvirt ilə Ruma-Loznica avtomobil yolunun tikintisi ilə bağlı müqavilə imzalayıb. Ruma-Sabac avtomobil yolunun inşası üç ildən sonra, Sabac-Loznica ekspress yolunun inşası isə 2023-cü ilin sonunda başa çatacaq, Serbiya Prezidenti Aleksandr Vucic müqavilə imzalanarkən qeyd edib.

2018-ci ilin sentyabrında nəqliyyat nazirliyi, Azərbaycan hökumətinin layihənin həyata keçirilməsini dəstəkləmək üçün Serbiyaya 210 milyon avro kredit verməyə qərar verdiyini, bildirib.

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan səfiri Genoa limanına səfər edib

PortSEurope

Qərbi Ligurian Dəniz Limanı İdarəsinin (Autorita 'di Sistema Portuale del Mar Ligure Occidentale) Prezidenti Paolo Emilio Signorini Genoada liman rəhbərliyinin qərargahında rəsmi səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəni qarşılayıb.

Harrodsda 16 milyon funt sterlinq xərcləyən qadın sərvəti üçün mübarizə aparır

BBC

Həbsdə olan bankirin həyat yoldaşı Böyük Britaniyanın ilk Açıqlanmayan Sərvət Ordeninin (ASO) ləğvi üçün mübarizə aparır.

Harrodds-da 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyeva 15 milyon funt sterlinq dəyərində Naytsbricdəki (Knightsbridge) evini və Berkşirdəki (Berkshire) qolf meydançasını itirməklə üz-üzə qalıb.

Bakcell şirkəti Vodafone Ukraynanı 743 milyon ABŞ dollarına satın alıb

Emergine Europe

Rusiya telekommunikasiya operatoru MTS Group, Vodafone Ukraynanın Azərbaycanın NEQSOL Holdinqinə daxil olan Bakcell şirkətinə satılması ilə bağlı qanuni müqavilə imzalayıb.