Azərbaycanı dağ velosipedi ilə kəşf etmək. Yerli cütlüyün Cənubi Qafqazdakı bir aylıq epik macərası (Pique Kanada)

Çoxları Sea to Sky Corridor-da (Dəniz-Səma dəhlizi) macəra səyahətindəykən, az adam Azərbaycanda bir ay keçirmək kimi maraqlı bir şey etdiyini və çox güman ki, daha az adam dağ-velosiped macərası yaşadığını deyə bilər.  

Bu hal, Vistlerin yerli sakinləri Custa Ceskova və Stiv Storinin son söhbətindən sonra populyarlıq qazanmış ola bilər. Vistlerin ictimai kitabxanasında keçirilən tədbirdə iştirakçılar kitabxananın ümumi otağının arxa hissəsində stola söykənərək, cütlüyün, Ceskovanın slayd-şouda səyahət zamanı çəkdiyi möhtəşəm şəkillər ilə canlanan hekayəsini maraqla dinləyirdilər. (Mükafat alan fotoqrafın müştəriləri arasında Vistler Blakkomb, Turizm Vistler və Skandinav Spa da var.)

Ceskova xatırlatdı ki, cütlük Azərbaycana səfər etmək qərarını İrana səfərin viza alınması baxımından çətin olacağını anladıqları zaman alıblar. Fərqli iqlimi, coğrafiyası və möhtəşəm dağlıq zirvələri olan Azərbaycanın onlar üçün həyəcan dolu səyahətə çevriləcəyini düşünüblər. Və görünür onlar haqlı idilər.

Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycan şərqdən Xəzər Dənizi, şimalda Rusiya, şimali-qərbdə Gürcüstan, qərbdə Ermənistan və cənubda isə İranla əhatə olunub.

Bununla belə, dağlıq coğrafiyasına baxmayaraq, ölkə dağ velosipedçiliyi ilə tanınmır və yerlilərlə söhbətlərdən sonra Ceskova və Storinin hesablamalarına görə ölkədə təxminən 20-30 fəal velosipedçi var.

Paytaxt Bakıda sadəcə bir gün keçirməyi planlaşdırdıqlarına baxmayaraq, cütlük daha bir neçə gün burada qalaraq yerli velosipedçilərlə əlaqə saxlayıb əyləncəli marşrutlar barədə məlumat alıblar. Onlar həmçinin Azərbaycan Xalça Muzeyi (nəhəng bir bükülmüş xalçaya bənzəyən bina) və Heydər Əliyev Mərkəzi də daxil olmaqla Bakının bir sıra memarlıq abidələrini ziyarət ediblər. İraq əsilli ingilis memar Zaha Hadid tərəfindən dizayn edilən Heydər Əliyev Mərkəzi axan və əyri stili ilə məşhurdur. 

Daha sonra cütlük mərkəzi yoldan çıxaraq ölkənin şimali şərq hissəsində yerləşən Xızı rayonunu gəziblər. Məhz burada onlar yalın, pas rəngli, şist dağları (kəskin rəng dəmir birləşmələrin torpaq ilə oksidləşməsindən yaranır) tapıblar. Dağlarda dar yoxuşlardan sonra sürətli enişləri olan yüksək səviyyəli fri-rayd meydan vardır.

Stori və Ceskova həmçinin bacarıqlı mis sənətkarları ilə məşhur olan balaca kəndi-Lahıcı da ziyarət ediblər. Burada cığır boyunca bağlı olan tək bir keçid ilə yuxarı çıxması mümkün olan nağılvari cığır onları heyrətə gətirib.

Cütlük həmçinin Qafqazın uzaq və özü-özünü təmin edən Xınalıq kəndinə də gediblər. Ceskovaya görə, bu kənd heç vaxt müharibə görməmişdir.

Slayd-şou zamanı, Ceskova öz dağ gəzintilərini əks etdirən fotoları sadə və gözəl bəzədilmiş evlərində istirahət edən yerlilərlə olan şəkillərlə miks etdi.   

Söhbətin davamında Ceskova qeyd etdi ki, məhz möhtəşəm Xızı dağları bu səyahəti ilhamlandırmışdı. 

“Mən onların şəklini gördüm və onlar məndə rezonans yaratdılar. Mən, bir anda anladım ki, orada velosiped sürmək istəyirəm”, o dedi.

“Turizm infrastrukturunun zəifliyini, xüsusilə, Bakıdan ayrılarkən hiss etdim. Təyinat nöqtələrini tapmaq üçün Facebook və Google bu mövzuda çox kömək etdi”, Ceskova dedi. 

“Mən, demək olar, hər gün google axtarış sisteminə “Azərbaycan, dağlar” sözləri yazıram və yeni şəkillərin olub-olmadığına baxıram”, o izah etdi.  

Bir fotoqraf kimi, landşaft və insanların gözəl mövzular üçün zəmin verdiyini bildirən Ceskova əlavə etdi ki, portretçilik onun ən sevimli fotoqrafiya növüdür: “Bu, heç bir zaman mənim üçün sadəcə bir fəaliyyət növü olmamışdır. Mən həqiqətən insanların hekayələrini və onların yaşam tərzlərini görmək istəyirəm”.

Səyahət zamanı çətinliklərin (elementar rus dili biliyi ona bu işdə çox faydalı olub) olduğunu da etiraf edən Ceskova dedi ki, insanları Azərbaycana səfər etmələri üçün həvəsləndirəcək. O, həmçinin, bütün səyahət boyunca özünü təhlükəsiz hiss etdiyini və ölkənin maraqlı mədəniyyətinin (və yeməklərinin) olduğunu da qeyd etdi.

Ceskova dedi ki, cütlüyün ən çox üzləşdiyi problem, onların məhz dağ velosipedçisi olmaları idi: “Gəzinti və ya onun kimi bir şey istəsəniz, bu işi görən bir çox turizm şirkətləri var”.

Storiyə görə, dağ velosipedçiliyi inanılmaz bir həyəcandır və onu kəşf etməyə dəyər. Xızı dağlarında onu cəlb edən “xəyal etdiyim sürmək növü idi”, o əlaəv etdi.


Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.