Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir. (CNN-Arabic, ABŞ)

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.

Toy gününə qədər ailələrin əməl edib yerinə yetirdiyi bir sıra adət ənənə və gördükləri planlar vardır. 

“Ənənəyə görə nişan mərasimi gəlinin ailəsi tərəfindən təşkil edilir”  - bunu CNN-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Şərq Araşdırmaları institutunun direktor müavini akademik Şahin Mustafayev deyib.

Azərbaycanda bütün mərasimlərdə olduğu kimi bu mərasim də milli yeməklərin təqdim olunduğu ziyafətlə başlayır.

Nişan mərasimlərində başlıca yeməklərdən biri quzu ətindən hazırlanmış ləziz kababdır. Eyni zamanda Azərbaycanın ən məşhur yeməklərindən hesab olunan Plovun müxtəlif növləri də bura aiddir.

Plovun tərkibi sümüksüz qoyun əti, şabalıd, düyü, azca ərik qurusundan ibarətdir.

Süfrələr eyni zamanda paxlava və  hil, şəkərlə birgə  qovrulmuş qoz və ya badamın qarışığı ilə doldurulmuş şəkərbura kimi milli şirniyyatlarla bəzədilmişdir.

Mərasim, yeməkdən sonra cütlüyün üzüktaxmaları zamanı başlayır.

Bundan sonra gəlinin çiyninə qırmızı şal qoyulur və valideynlərlə yanaşı yaşca böyük olan böyüklər də xeyirdua verirlər.

Mərasim bir sıra musiqi və rəqslərlə davam edir.

Qonaqların nişanlananlar üçün hədiyyələr gətirməsi nişan mərasiminin adət ənənələrindən biri hesab edilir.

Mustafayev bildirir ki, keçmişdə nişananlar üçün ən qiymətli hədiyyə parça idi. Bunun məqsədi, onun gələcəkdə evdə geyim və digər tekstil ehtiyaclarında istifadə oluna bilməsində idi.

Lakin bu ənənə hal hazırda dəyişmişdir, Mustafayev deyir, “sonradan qonaqlar hədiyyələrlə yanaşı pul gətirməyə başladılar. Hal hazırda pul, nişan və ya toy mərasimində verilən yeganə hədiyyədir” deyə o bildirdi. 

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər