Azərbaycanda ilk kaşer restoran açılacaq (Jewish Telegraphic Agency, İsrail)

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Restoran Nəsimi rayonunda - Bakının köhnə yəhudi məhəlləsində yerləşir. Bura Seqal Şabad sinaqoqunun yaxınlığında və Gürcü sinaqoqundan metr məsafədədir. 100 nəfərlik olan restoranında həm Azərbaycan, həm də Yaxın Şərq mətbəxi təqdim olunacaq - hələ Sovet İttifaqının tərkibində olan zaman Xəzər dənizinin sahilində yerləşən səs-küylü meqapolis olan Bakıda anadan olmuş  Nəsiyev bildirib. O, İsrail və Ukraynada qida sənayesində işləmişdir.

Restoranın açılışı Bakının yəhudi əhalisinin azaldığı bir dövrə təsadüf edir. İndi yəhudilərin sayı 8000-ni keçmirsə, 2000-ci ildə bu rəqəm iki dəfə çox idi.

"Lakin getməyib qalanların İudaizmə bağlılıqları güclənməkdədir " - Seqal bildirib.

O, əlavə edib ki, yeni restoran yalnız bəzi üzvləri kaşer yeməklərə riayət edən ailələri birləşdirməklə həmin bağlılıqları möhkəmləndirməyə kömək edəcək.

Seqal qeyd edib ki, bu həmçinin Bakıda artmaqda olan yəhudi turistlərin təəssüratlarını əsaslı şəkildə yüksəldəcək.

Moiseyev bildirib ki, onun biznes modeli yəhudi olmayan müştərilərin inkişafına əsaslanır.

"Bu, kaşer restoran olacaq" - o deyib, "lakin onun uğuru adi Azərbaycan restoranına gedən üçün cəlbediciliyindən asılıdır və biz əlimizdən gələn hər şeyi etmişik ki, onlar 7/40-da özlərini evdəki kimi hiss etsinlər."

Qafqaz regionuna aid digər nəşrlər

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.

Ermənistanın baş naziri türkmən qazı üçün yeni marşrut təklif edib

Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində Tehranın erməni icmasının nümayəndələri ilə görüşmüş, Ermənistan və İranın iqtisadi layihələri haqqında danışmışlar. Bu barədə Ermənistan mediası xəbər verir. Paşinyan qeyd edib ki, İrəvan İran təbii qazını Rusiyadan alınan qazdan daha aşağı qiymətə idxal etməkdə maraqlıdır. O, əlavə edib ki, sərfəli bir təklif gələrsə Ermənistan İran təbii qazının Gürcüstana nəqlində transit ölkə ola bilər.