Azərbaycanda evlilik üçün qeyri-adi tələb.. Çayda şəkər evliliyin təsdiqinə sübutdur (CNN-Arabic, ABŞ)

Çaya şəkər əlavə etmək insanın günlük həyatında əməl etdiyi rutinlərindən biri olabilər. Lakin Azərbaycanda, bu kiçik əməl, birlikdə olan  iki şəxsin həyatında yeni səhifə açır. Bəs bu necə olur?

Azərbaycan mədəniyyətində maraq cəlb edən bir çox  ənənə vardır. Ölkədəki xüsusi izdivac adət-ənənələrindən xəbərdar olan  bunu asanlıqla müşahidə edəbilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərq Araşdırmalar İnstitutunun  direktor müavini Akademik Şahin Mustafayev CNN-in Ərəb bölməsinə müsahibəsində təsdiqləyərək bildirib ki,hal hazırda da hazırkı dövrə qədər gəlib  çatmış,  ölkədəki  başlıca adət-ənənələrdən bir neçəsini diqqətlə yerinə yetirildiyini  görmək mümkündür.

Şəkər yoxdursa toy da yoxdur!

Evliliklə bağlı ənənələr Azərbaycanda ən çox maraq doğuran ənənələrdəndir. Bu ənənədə çaya şəkər qoyulması izdivacın təsdiqinin rəmzidir.

Bəyin ailəsi gəlinin evinə onu istəməyə gələndə Azərbaycan ənənəsində bu ilk ziyarət qəbul edilmir. Bundan sonra bəyin ailəsi yenidən ziyarət edib, cəhd edə bilər. Mustafayev bunu bu şəkildə şərh  edir, “onların bu ziyarətləri və yenidən cəhdləri, gəlini istəmələrindəki niyyətlərinin ciddi olduğuna sübutdur”.

Akademik əlavə edərək bildirir ki, “ Ənənəyə görə gəlinin evinə yeddi dəfə ziyarət olur. Bundan sonra gəlinin ailəsi, adətən, evliliyə razılaşırlar”.

Mustafayev, Azərbaycan xalqının olduqca qonaqpərvər olduğuna diqqət çəkib, “ biz, evimizə qonaq gələrkən yemək süfrəsi hazırlamaq üçün daima erkən qalxarıq. Çay təklif etmədiyimiz yeganə hal içməyə birini axtardığımız mərhələdir. Daha sonra o əlavə edir ki, “ bu tamamlandıqdan sonra şirin çay  təklif edirik müsahibə”.

Razılıq alındıqdan sonra gəlinin valideyni qonaqlara çay gətirməsi üçün onu səsləyir.

Azərbaycanda evlilikdə şəkər nəyin rəmzidir?nəyi təmsil edir?

Mustafayev vurğulayaraq  bildirib ki, Azərbaycanda “şirin çay” ın ənənəvi adı var. O xüsusi şəkildə təqdim olunur. Belə ki su, “Armudu “ adlanan armud meyvəsi formasında olan ənənəvi çay stəkanın alt hissəsində, rəng  hissə isə üstdə qalır. Bu zaman bu hissələr qarışmırlar.

İzdivac təsdiqləndikdən sonra çay qarışdırılır və iki rəng bir biri ilə birləşir. Və bu iki ailənin birliyinin rəmzidir”, - Mustafayev əlavə edir.

Çayın şirin olması bəylə gəlini gözləyən şirin gələcəyin rəmzidir.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.