Azərbaycan Xəzərin ona aid olan sahillərində radarlar yerləşdirmək niyyətindədir (Независимая газета, Rusiya)

Azərbaycanın Xəzərin ona aid olan sahil hissəsində radarlar yerləşdirmək fikri respublikanın milli təhlükəsizlik maraqlarından irəli gəlir. Bu sözləri parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc deyib.

"İstisna etmək olmaz ki, Xəzər dənizi də Qara dənizdə NATO və Rusiya arasında olduğu kimi mübarizə meydanına çevrilə bilər. Bu səbəbdən Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa məcburdur." - millət vəkili bəyan edib.

O qeyd edib ki, enerji resursları ilə zəngin və strateji yerləşməyə malik Azərbaycanın təhlükəsizliyinin güclənməsi Qərbin maraqlarına cavab verir.

"Bu mənada Birləşmiş Ştatlar və Avropanın Xəzərdə nüfuzunu itirməsi onların bu regiondakı maraqlarına zərbə vurmuş olardı" - deyə Zahid Oruc əlavə edib. Onu da vurğulayıb ki, Azərbaycanın Xəzər sahilində radarlar yerləşdirməsi İran tərəfindən birmənalı qarşılanmayacaq.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.