Azərbaycan xalçalarının mürəkkəbliyi insan əlinin əməyi olduğuna inanmağa imkan vermir (Devdiscourse, Hindistan)

Azərbaycan xalçalarının mürəkkəbliyi insan əlinin əməyi olduğuna inanmağa imkan vermir

Azərbaycan dağlarında yerləşən Lahıcda üçüncü nəsil xalçaçısı Kəmalə Nəsrullayeva xalça toxumağı 5 yaşında ikən öyrənmişdir.

Azərbaycan xalçalarının mürəkkəbliyi, dəqiqliyi və qarışıqlığı onların insan əməyinin nəticəsi olduğuna inanmağa imkan vermir.

Azərbaycan dağlarında yerləşən Lahıcda üçüncü nəsil xalçaçısı Kəmalə Nəsrullayeva xalça toxumağı 5 yaşında ikən öyrənmişdir. O, öz toxucu dəzgahını anasının nənəsi tərəfindən toxunmuş xalçası üzərində qurdu. Indi Kəmalənin oğulları onun dəzgahında oturub məharətlərini nümayiş etdirən zaman Azərbaycan mədəniyyətinin 4 nəslini bir yerdə görmək olur. 

ANALOQU OLMAYAN XALÇA

Azərbaycan xalçasının ənənəvi sənəti eradan əvvəl 2-ci əsrə təsadüf edir və Yunan tarixçiləri Herodot və Ksenofon, həmçinin Xuan Tes Ank və Əl-Mövsudi də daxil olmaqla Mərkəzi Şərq və Asiyadan olan səyahətçilər tərəfindən qeydə alınmışdır.

Eradan əvvəl 5-ci əsrdə Tusidides və Sokratın müasiri olan Herodot və “Tarixin atası” kimi tanınan Evripides Azərbaycan xalçaçılığının qabaqcıl boyama bacarıqları haqqında danışmışlar.

10-cu əsrdə Ərəb tarixçisi Əl Müqəddəsi yazır: “Onların xalçalarının dünyada analoqu yoxdur”. 13-cü əsrdə, Marko Polo Təbrizdə istehsal edilən unikal parçalardan danışıb. O, həmçinin, yazır ki, Azərbaycan bazarlarında istehsal edilən və satılan parçalar, xalçalar və toxuma texnikləri dünyanın başqa heç bir yerində yoxdur.

BÖYÜK İPƏK YOLU

Azərbaycan sivilizasiyalar, mədəniyyətlər və dinlərin kəsişməsində, İpək Yolunun önəmli marşrutlarının birinin üstündə yerləşir. Avropanı və Asiyanı birləşdirən bu yol əsrlər boyu inkişaf edən daxili və mədəniyyətlərarası əlaqələrin mürəkkəb, çox qatlı məhsulu olan Azərbaycan xalçalarına böyük təsir etmişdir.

Azərbaycan şəhərləri uzun zaman mədəniyyətin, elmin və təhsilin mərkəzi olmuşdur. Neft, xalça, xam ipək, ipək fabrikləri, pambıq, silahlar, quru meyvələr, duz, dəyərli daşlar, cəvahirat, zəy, zəfəran, təbii boyalar, polixrom dulusçuluq, taxta qablar, əlvan metallar, balıq və kürü, dəmir ağacı əsas ixrac malları idi.

Xammal və klassik motivləri bir araya gətirən Azərbaycan xalçaları multikulturalizmin gözəl bir nişanıdır. 2007-ci ildə, Azərbaycan Prezidentinin sərəncamına əsasən xalçaçılıq Azərbaycan üçün mədəni varlıq və böyük milli maraqdır: “Hesab edirəm ki, ortaq səylərlə multikulturalizmin dəyərlərini təbliğ etməliyik. Mən bilirəm ki, pessimistik fikirlər də daxil olmaqla buna dair çox müxtəlif fikirlər var. Amma multikulturalizmin müsbət nümunələri də var. Və Azərbaycan onlardan biridir”.

2010-ci ildə, UNESCO Azərbaycan xalçasını İnsanlığın Qeyri-Maddi Mədəni İrsin Nümayəndəsi siyahısına saldı.

Əsrlər boyu inkişaf edən Azərbaycan xalçası ölkənin tarixində müxtəlif dövrlərin sosial, mədəni və bədii dəyərlərini birləşdirmişdir; mədəni və tarixi davamlılığın əlamətdar bir simvoludur. UNESCO 2010-cu ildə Azərbaycan xalçaçılığını İnsanlığın Qeyri-Maddi Mədəni Irsin Nümayəndəsi Siyahısına əlavə etdi.

AİLƏ BİZNESİ

Xalçalar gündəlik həyatda geniş şəkildə istifadə olunur; onlar evlərin döşəmələrini, divarlarını və tavanlarını örtür. Namaz, toy və yas mərasimləri, və ya uşaq doğulan zaman xüsusi xalçalar toxunur. Klassik və gündəlik, yad və tanış olan birləşməsinə görə xalça toxuma Azərbaycan xalqının həyat və ənənələrinin mərkəzində durur. 'Xalçam Harada, yurdum orada'--'where my carpet is, there is my house'.

Xalça toxuma işi çox vaxt qışda, ailə üzvlərinin toplandığı zaman edilir. Bu zaman hər kəs bu incə işdə iştirak edir; anasından və nənəsindən öyrənən qızlar və qayınanadan öyrənən gəlinlər.

DAĞLARDAN BAZARA

Təəssüf olsun ki, kənd ailələri öz əl işlərini bazara çıxarmaqda və satmaqda ciddi problemlərlə üzləşirlər. Çətinlikləri daha da mürəkkəbləşdirən sertifikatsızlıq və marketinq bacarıqlarının olmamasıdır.

Rəqabət üstünlüyünü qorumaqla bağlı bu cür problemlərlə üzləşən İsmayıllı və Şamaxı rayonunun kəndliləri əsas gəlir mənbəyi kimi heyvandarlığa güvənməyə davam edirlər. Heyvandarlığa olan bu ağır asılılığın nəticəsi Dünya Təbiəti Mühafizə Fondu tərəfindən dəstəklənən torpaqların qorunması və eroziyanın qarşısının alınmasına yönələn torpaq və meşə resurslarının davamlı idarəsi layihəsi ilə bağlıdır.

Layihə kiçik ailə bizneslərinə yerli istehsal mallarını bazarlara çıxarmaları üçün yeni yollar təklif edir. Geniş satış və distribution kanalları olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) vasitəsilə, bu ailələr Azərbaycan və beynəlxalq bazarlara çıxış imkanı əldə edəcəklər.

6-sı xalça istehsalı sənayesindən olan ümumilikdə 16 ailə biznes dəstəyi əldə ediblər. Toxuculuq materialları və aksesuarları daxil olmaqla xalçalılıq alətləri və maşınları xalçaçılıqla məşğul olan ailələrə verilmişdir.

ABAD, sağlamlıq və təhlükəsizlik tələblərinə, maddi-texniki və avadanlıq dəstəyinə, keyfiyyətə nəzarətə, genişlənmə imkanlarının müəyyənləşdirilməsinə, orqanik və ya ədalətli ticarət markalı sertifikatlaşdırma sxemlərini, texniki və hüquqi tələblər üzrə təlimatların, markalaşma inkişafının və keyfiyyətə nəzarət üzrə laborator analizlərinin və sertifikatlaşdırma aparılmasına dair qanunla uyğunluğa kömək etdi.

ƏLLƏR TARİX ÜZƏRİNDƏ

Layihədən öncə, Kəmalə Nəsrullayeva xatırlayır: “Mənim işlədiyim zavod birdən-birə bağlandığında, biz təsadüfi şəkildə ərazidə olan turistlərə xalçalarımızı satmağa başladıq. Ancaq kəndimiz dağlarda yerləşdiyi üçün turistlər bura bütün il boyu gəlmirlər, bu da satışların reallaşmasına yalnız ilin müəyyən bir mövsümündə imkan verir. Qalan zamanda isə çox əziyyətli və vaxt tələb edən heyvandarlıqdan başqa çıxış yolumuz yoxdur.

Buna baxmayaraq, ABAD və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı bizə yeni imkanlar pəncərəsi açdığı bir zamanda onlar ilin 365 günü bizə kömək edirlər və işimizdə irəlilədiyimizdən əmin olmaq üçün əllərindən gələni edirlər”.

Kəmalənin indi əl əməyi xalçalar üçün il boyu davam edən bazarı var və o, 9 yaşlı oğlu Asəfə bu dəyərli sənəti öyrətməyə başlayıb.

“Mən düşüncəmdəki naxışları həyata keçirməyi sevirəm. Mən öz işimi sevirəm və heç vaxt bezmərəm. Həmişə bunu etmək üçün daha çox zamanım olmasına ümid edirəm”. 

Digər yerli xalçaçı Yeganə Eldarova deyir ki: “Mən 10 yaşımdan bəri xalça toxuyuram. Bu, bir hobbi və ailə ənənəsi kimi başladı. Mən, heç vaxt bunun daha böyük, ailəmə maddi yardım etmək kimi bir şeyə çevriləcəyini düşünmürdüm. Amma daha sonra, ABAD və BMT-nin İnkişaf Proqramından yardım alan bir qrup kəndliyə qoşulduğumda, indilərdə 100 işçiyə sahib olan kiçik bir biznes qurmağa müvəffəq oldum”. 

DAVAMLI GƏLƏCƏK

BMT-nin İnkişaf Proqramı ABAD-la birlikdə ailələrə istehsal potensialını qurmaq üçün maddi-texnikin dəstək, serifikasiya, marketinq və markalaşma ilə bağlı yardım edir. Layihə kənd təsərrüfatı sənayesi üçün biznes inkişafı, marketinq, istehsal idarəçiliyinin əsaslarını öyrədir. Eyni zamanda, onlar torpaq və meşə otlamasını da azaldıblar.

Kəndlilər artıq öz məhsullarını daxili və xarici bazarlara satmaq bacarığına malikdirlər və qiymətli mədəni bir ənənə inkişaf etməyə və böyüməyə davam edir.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.