Azərbaycan və Türkmənistan Xəzər dənizi enerji mübahisəsini yenidən müzakirədən keçirir (EurasiaNet ABŞ)

Azərbaycan və Türkmənistan əvvəlki kimi Xəzər dənizin zəngin yataqlar olan hissəsi üstündə düşmənçilik edirlər. Əgər bu belə davam etsə Xəzər mübahisəsindən ən fayda götürən Rusiya olacaq.

Bakı və Aşxabad 1991-ci il SSRİ dağılandan bəri Xəzərdəki üç neft yatağına sahib olmaq uğrunda mübarizə aparır. Ãœç yataqdan ikisi - Azəri və Çıraq (Türkməncə Ömər və Osman, 620 milyon ton neft ehtiyatı) Azərbaycanın ən dəyərli yayaqlarıdır və hər ikisi BP konsorsiumu tərəfindən hasil edilir. Ãœçüncü mübahisəli yataq isə Kəpəz (Sərdar) yatağıdır, 50 milyon ton neft ehtiyatına malikdir və hələ işlədilmir.

Türkmənistan Kəpəz yatağında geoloji qazıntı işlərinə başlama planını elan etdikdə ikitərəfli gərginlik son hədinə çatdı. Azərbaycanın xarici işlər naziri bəyan etdiki, bu cür addım mənsubluq mübahisəsi həll edilənə qədər yataqda hər hansı bir işlərin apaılmasını qadağan edən ikitərəfli müqaviləyə ziddir. Azərbaycan xariciişlər nazirinin bəyənatında vuğulandı ki, Bakı "Xəzərdə suveren hüquqlarını qorumaq üçün addımlar atmaq hüququnu qoruyur."

Daha sonra Türkmənistan Azərbaycan sərhəd mühafizə qayığının Xəzərin müxtəlif sahələrində "elmi" tədqiqat aparan türmən gəmisini saxladığını elan etdi. 

10 iyul tarixindəki vəziyyətə görə daha bir qarşıdurmadan sonra, nə zaman ki, Türkmənistan işi beynəlxalq arbitraja verəcəyi ilə hədələdi, hər iki ölkənin rəsmiləri artıq 15 ilə kimi sürmüş danışıqları davam etdirməyə razılaşdılar.

Lakin əgər may ayında Azərbaycanın energetika naziri Natiq Əliyevin bildirdiyi kimi 2012-ci ilin sonuna Transxəzər boru kəmərinin çəkilişi haqqında Avropa İttifaqı ilə müqavilə imzalansa üç yatağın statusu məsələsi daha da ciddiləşə bilər. Kəmər yataqdan çıxan qazdan istifadə edəcək və iki ölkənin imzası lazım olacaq.

Rusiya liderləri uzun müddət Transxəzər boru xəttinə qarşı çıxırdılar. Beləki bu kəmər Rusiyadan yan keçirdi və Kremlin Avropa sərhəddinə enerji ixracatına nəzarətini məhdudlaşdırırdı. İyun ayında Bakıda çıxışı zamanı xarici işlər naziri Serqey Lavrov bildirmişdi ki, "Aİ Rusiyanın maraqlarını nəzərə almadam Transxəzər boru xətti layihəsini gerçəkləşdirə bilməz." Rəsmi Moskva bəyan edib ki, guya "hüquqi və ekoloji problemlər" onun əsas mərkəzi maraqlarıdır.

Lakin analitik İlham Şaban inanır ki, Rusiyanın etiraz etməsinin arxasında iqtisadi səbələr durur. Şabanın sözlərinə görə, 5 iyul Türkiyənin Hürriyət qəzetində deyilən sitatda türk rəsmiləri bildirmişdilər ki, yeni Anadolu qaz kəməri ilə idxal olunan Azərbaycan qazı Türkiyədə rus qazından ən azı 12 faiz ucuz satilacaq. "Azərbaycandan idxal olunan qazın həcmi rusiya qazı ilə rəqabət aparacaq dərəcədə böyük deyil" - Şaban qeyd edib. Lakin türkmən qazını da bura əlavə etsək qiymət daha da ucuzlaşacaq, deyə analitik əlavə edib.

"Rusiya Transxəzər boru xəttinin çəkilişinə icazə verə bilməz" - Şaban vurğulayıb.

Azərbaycanlı siyasi analitik, Şərq-Qərb elmi araşdırmalar mərkəzinin sədri Ərəstun Oruslu qeyd edib ki, Trans-Xəzər boru xətti işə düşsə, Rusiya üçün Avropa qaz bazarını əlində saxlamağa yeni təhlükə olacaq. Xəzər dənizi qaz yataqları üzərindəki münaqişə də həmin bazarlarda "Rusiyanın öz monopoliyasını saxlamaq arzusundan" qaynaqlanır.

"Rəsmi Moskva həm Aşxabad, həm də Bakının xarici siyasətlərinə təsir etmək gücündədir və indi gördüyümüz də budur" - Oruclu qeyd edib.

Azəbaycan XİN nümayəndələri şərh verməyiblər, lakin iyun ayının 27-də Energetika naziri natiq Əliyev bildirmişdi ki, bəzi qüvvələr "ölkələrimiz arasında qarşıdurmanın olmasında maraqlıdırlar və indi bundan öz məqsədləri üçün istifadə edirlər"

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Çin ilə Avropanı birləşdirəcək ilk yük qatarı Türkiyəyə daxil olub

Foreign Policy

Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək Avropaya gedəcək ilk Çin qatarı Türkiyənin şərqi Qars əyalətinə daxil olub, Habertürk xəbər verir.

Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir

China Internet Information Center

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan şəriətə əsaslanan kooperativlərlə birgə çalışacaq

The Jakarta Post

Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov bu yaxınlarda Cakartada İndoneziya Kooperativlər Birliyinin sədri Sahala Panggabean və Nasari Sharia Kooperativlərin sədri Chandra Saritua ilə görüşərək, hər iki ölkədə şəriət əsaslı kooperativlərdəki əməkdaşlıq və imkanları müzakirə edib.

Azərbaycanın səfiri Narayanqancdakı Summit elektrik stansiyasına səfər edib

Daily Sun

Azərbaycanın Banqladeş, Hindistan, Butan, Şri Lanka və Nepalda fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyev müavini Babək Əhmədovla birgə 9 mart tarixində Sammit Narayanqanc Elektrik Stansiyasının 1-ci və 2-ci bloklarını (165 mVatt) ziyarət ediblər.