Azərbaycan və Tacikistan vasib müqavilə imzalamağı planlaşdırlar (Turkish Weekly, Türkiyə)

Tacikistan prezidenti Emoməli Rəhmanın 12-13 iyulda Azərbaycana  rəsmi səfəri zamanı bir sıra hökumətlər və sənayearası sazişlərin imzalanacağı planlaşdırılır. Səfər zamanı dörd hökumətlərarası müqavilələrin imzalanması planlaşdırılır. Səfirliyin Trend-ə verdiyi məlumata görə bunlar müəllif hüquqlarının qorunması haqqında saziş, hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq və gənclər siyasətidir, səfirliyin cümə axşamı Trend-a bildirib.

Həmçinin iki müxtəlif sahələrdə sənədin: BDU və TDU (Tacikistan Dövlət Universiteti) və hər iki ölkənin Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir. Prezident Rəhman Bakıda azərbaycanlı həmkarı İlham Əliyev və digər rəsmilərlə görüşəcək. 2007-ci ilin mart və avqust aylarında prezidentlərin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın dinamik inkişafına təkan vermişdi. 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə isə Bakıda Tacikistan səfirliyi açılmışdır. Azərbaycan və Tacikistan regional sülh və hər iki ölkənin maraqlarını təmin edən BMT, İKT, AƏT, MDB və digər regional və beynəlxalq təşkilatlarda birgə görüşürlər.

Azərbaycan-Tacikistan ticarət, iqtisadiyyat və mədəni əməkdaşlıq üzrə birinci hökümətlərarası komissiyası 5 mart 2012-ci ildə Düşənbədə toplanıb. Əsas diqqət Azərbaycan və Tacikistan universitetlərində geoloji axtarışlar, neft və qaz yataqlarının kəşfi, neft-kimya və ağır sənayə kimi sahələr üzrə kadr hazırlığına yönəlib. Azərbaycanın yeni iş yerləri üçün ictimai və özəl sahələrə sərmayə yatırmağı planlaşdırılıb. Tacikistan aliminyum zavodu 'Talco' öz məhsullarını Azərbaycan ərazisindən keçirir. 

Talco Azərbaycan şirkəti "Det-Al" üçün alüminium anodlarının istehsalı və təchizatı prosesinin modernləşdirilməsini və avadanlıqların hazırlanmasını başa çatdırıb. Tacikistanda mövcud infrastrukturun yenidən bərpası və kriolit və flüorit zavodlarının inşası əməliyyatları Azərbaycandakı alüminium istehsalını kaustik soda ilə təmin etməkdən ötrü aparılmışdır. Azərbaycan isə Tacikistanı Heydər Əliyev adına  Bakı Neft Emalı Zavodunda istehsal olunan xam neft və kalsiləşdirilmiş koksla təmin edir. Azərbaycan Statistika Komitəsinin məlumatına görə 2011-ci ilin sonlarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15.99 milyon dollar təşkil etmiş və bunun 13.2 milyon dollarını ixracatın payına düşmüşdür.

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Azərbaycan Pakistan ilə təhsil əlaqələrini inkişaf etdirmək istəyir

Tribune

Azərbaycanlı səfir Əli Əlizadə ölkəsinin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək Pakistanla təhsil əlaqələrini inkişaf etdirməyin əsas hədəflərimizdən biri olduğunu əlavə edib.

VOV turizmin təşviqi sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

Voice of Vietnam

Vyetnamın Səsi radiosunun (VOV) Prezidenti Nguyen The Ky VOV-un Vyetnam ilə Azərbaycan arasında rabitə, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədi.

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.