Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər (Казахстанская правда Qazaxstan)

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.


Bu layihə transkontinentaldır və Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq. Xəzərin dibi ilə 380-400 km uzunluğunda kabel Transtelekom SC, KazTransCom və AzerTelecom tərəfindən çəkiləcək. Fiber-optik rabitə xətti 2021-ci ilin sonunadək istismara veriləcək. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.

“Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır. Dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri Qazaxıstan Respublikasının Birinci Prezidenti Elbası Nursultan Nazarbayev, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və daha sonra Azərbaycan Respublikası İlham Əliyev tərəfindən qoyulmuşdur.. Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev, Elbasy-nin xarici siyasət kursunu davam etdirərək, Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafına və dərinləşməsinə xüsusi diqqət yetirir”, Mamin qeyd edib.

Qazaxıstan Baş naziri vurğulayıb ki, “TransCaspian Fiber Optik” birgə layihəsi yüksək sürətli və təhlükəsiz məlumat ötürmə infrastrukturunun daha yüksək inkişaf səviyyəsinə çatmağa, aparıcı Avropa-Asiya magistral yollarının sırasına daxil olmağa və dünya məlumat ötürmələrində öz layiqli yerini tutmağa imkan verəcəkdir.

Mamin və Əsədov iki ölkə arasında ticarət, iqtisadi, investisiya, nəqliyyat və logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Mangistau bölgəsinə işgüzar səfəri çərçivəsində Baş Nazir Mamin metanol və olefin zavodunun inşaat sahəsində kapsul qoyulması mərasimində iştirak edib. Layihə 1.8 milyard dollar sərmayə ilə Sinqapurun WestGasOil şirkəti tərəfindən həyata keçirilir. Zavodun gücü ildə 300 min ton metanol və 600 min ton olefindir. Tikinti dövründə 4,000 iş yeri yaradılacaq, 2023-cü ildə istismara verildikdən sonra zavodun heyəti 650 nəfər təşkil edəcəkdir.

Baş nazir “Aktau Resort Hote” çoxfunksiyalı otel və turizm kompleksinin inşası, həmçinin “KazAzot”, “Mangystau Neft Emalı” və “Maga-Çörək” çörək sexinin iş prinsipi ilə tanış olub.
Mamin A. Kekilbaev adına Mədəniyyət Mərkəzində olub. Burada o, Qazaxıstan xalq yazıçısının muzeyinə və abidəsinə baxış keçirib.


Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Çin ilə Avropanı birləşdirəcək ilk yük qatarı Türkiyəyə daxil olub

The Latin American Herald Tribune

Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək Avropaya gedəcək ilk Çin qatarı Türkiyənin şərqi Qars əyalətinə daxil olub/

Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir

China Internet Information Center

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.