Azərbaycan Türkmənistan qazı üçün boru kəmərinin tezliklə inşasına şübhə ilə yanaşır (Reuters ABŞ)

Azərbaycanın boru kəmərinin inşasına investisiya etmək planı yoxdur. Nazir layihənin Turkmənistan və Avropa şirkətlərinin öhdəliyinə qaldığını bildirib.

Azərbaycan Türkmənistan qazını Avropaya daşıyacaq Transxəzər boru kəmərinin inşasına sərmayə yatırmaqda maraqlı deyil və onun tezliklə hazır olacağını gözləmir, buna baxmayaraq layihəni dəstəkləyir. Bu fikirləri energetika naziri deyib.

Avropa Komissiyası adı çəkilən boru kəməri ilə bağlı Türkmənistan və Azərbaycanla danışıqlar aparır. Transxəzər boru kəməri Avropa Birliyinin Rusiya qazından asılılığını azaltmaq üçün nəzərdə tutulmuş Cənub Dəhlizi adlanan planlaşdırılmış əlaqələr seriyasının bir hissəsidir.

Jurnalistlərə müsahibəsində Sənaye və Energetika naziri Natiq Əliyev bildirib: "Düşünmürəm ki, Transxəzərboru xətti yaxın zamandabaş tutacaq."

"Transxəzər boru xəttini kim tikəcək? Azərbaycan maraqlı deyil. Bunu ya Türkmənistan, ya da Avropa şirkətləri etməlidir." - o əlavə edib.

Azərbaycan öz qaz ixracatının artacağını gözləyir.

5,4 milyon əhalisi olan keçmiş Sovet respublikası - Türkmənistan BP-in məlumatlarına görə dünyanın dördüncü ən böyük qaz ehtiyatlarına malik olan ölkəsidir və Avropa və Asiyadakı bazarlara alternativ marşrutlar axtarır.

Rəsmi Moskva plana qarşı çıxmışdı və bildirmişdi ki, bu cür layihələr Rusiya daxil olmaqla 5 Xəzər dənizi sahili ölkələri tərəfindən təsdiqlənməlidir.

Əliyev təkrarən bəyan edib ki, rəsmi Bakı qazın Avropaya çatması üçün Azərbaycan bütün lazımi icazələr və infrastruktur verməyə hazırdır.

Azərbaycan və Türkmənistan uzun illərdir Kəpəz (Türkməncə Sərdar) və Çıraq (Türkməncə  Osman) yataqlarının kimə aid olduğu barədə mübahisə aparırlar.

Əliyev bildirib ki, bu, Xəzər dənizinin Azərbaycana aid olan hissəsindən keçəcək boru xətti üçün maneə olmayacaq.

"Əgər biz Türkmənistanla Transxəzər boru xəttinin tikintisində razılığa gəlsək, o zaman Xəzər dənizinin statusu ilə bağlı heç bir problem olmayacaq" - prezident Əliyev bildirib.

"Xəzər dənizinin statusu ilə Transxəzər boru xəttinin tikintisi arasında heç bir əlaqə, heç bir təsir yoxdur. Bu, iki ölkə arasında razılaşma olacaq."

Qaz ixracında artım

Əliyev 2030-cu ilə kimi Azərbaycanın qaz ixracatını ildə indiki 6 milyard kub metrdən (mlrd. m3) 30 milyard kub metrə artıracağını və daha sonra 50 mlrd. m3 çatdıracağını deyib.

"Düşünürəm ki, bizim proqramlar uğuludur... 2030-cu ildə biz ixracat üçün ildə 30 mlrd.m3 qaz hasil edə biləcəyik." - o vurğulayıb.

2012-ci ilin birinci yarısında Azərbaycanda təbii qaz hasilatı illik hesablama ilə 3.1 faiz artaraq 13.3 mlrd.m3 olub. Qaz yerli bazarla yanaşı Bakı-Tblisi-Ərzurum boru xətti ilə Gürcüstan və Türkiyəyə, həmçinin Rusiyaya da satılır.

Ölkədə ən böyük qaz ehtiyatı BP, Statoil və yerli SOCAR şirkətləri tərəfindən işlədilən və 1.2 trilyon m3 qaz ehtiyatına malik olan Şahdəniz yatağıdır.

Hasilat 2006-cı ildə başladılıb, ikinci yatağın hasilatına isə 2017-18-ci illərdə başlanacğı gözlənilir.

Əliyev deyib: "Təkcə Şahdəniz 2 yatağından biz 30 mlrd.m3 qaz hasil edə bilərik ... BP-nin hesablamalarına görə az, 16 mlrd.m3. Asanlıqla artıra bilərik, lakin bu bazardan asılıdır."

O, başqa yataqlardan daha çox qaz gələcəyini bildirib.

Əsas qaz kəşfiyyat yataqları sırasına qaz ehtiyatı və qarışıq kondensatı bir neçə trilyon kub metrə çatan sahilyanı Abşeron bloku, 250 mlrd. m3 qaz ehtiyatı olan Ãœmid və 400 mlrd. m3 qaz və 80 ton kondensata malik Babək yataqları aiddir.

"Bu o deməkdir ki, proqramlarımız uğurlu olsa, biz 30 mlrd. m3, hətta 50 mlrd. m3 qaz ixrac edə bilərik." - Əliyev.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycan Qarabağla bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd edib

Лента-Ру

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində Ermənistanla aparılan danışıqlarda irəliləyiş olduğunu qeyd edib, İnterfaks xəbər verir.

MOL Chevron-un Azərbaycandakı payını alacaq

The Oil & Gas Journal

Budapeştin MOL Qrup şirkəti Chevron Korporasiyasının Azərbaycandakı əsas payını almağa razılıq verib.

Bakı və ölkənin xarici siyasət kimliyinin simvolik nümayişi

REX

Azərbaycan milli maraqlarını “təşviq olunan” beynəlxalq inteqrasiya strukturunun məqsəd və vəzifələrinə uyğunlaşdırmağa çalışır.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Josip Broz Tito, Cəvahiral Nehru, Camal Abdel Nasir kimi siyasətçilərin qurucusu olduğu bu Hərəkat “Soyuq müharibə” dövründə təsirli qüvvəyə malik idi.