Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür (Khaleej Times, BƏƏ)

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyevin də iştirak etdiyi iclaslarda ticarət, kənd təsərrüfatı, ərzaq məhsulları, turizm və tikinti kimi əsas sektorlarda və qarşılıqlı maraq doğuran sahələrdə Dubay-Azərbaycan əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Görüş zamanı Dubay Palatasının beynəlxalq nümayəndəliyinin direktoru Ömər Xan qonaqlara Dubay-Azərbaycan ticarət əlaqələri və həm iqtisadiyyat, həm də işgüzar icmalar tərəfindən paylaşılan sinerji barədə məlumat verib. O, 2018-ci ildə Azərbaycan ilə Dubay arasındakı qeyri-neft ticarətinin 826 milyon AED səviyyəsinə çatdığını açıqlayıb və gələcəkdə ikitərəfli ticarətin artırılması və şaxələndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Xan Dubay Palatasının Bakıdakı nümayəndəliyini BƏƏ şirkətlərinin Azərbaycanda biznes mühiti və ölkədə açılmış cəlbedici imkanlar haqqında daha çox məlumat əldə etməsi üçün giriş qapısı və ideal platforma adlandırarkən, bunun eyni zamanda Dubay bazarına çıxmaq istəyən Azərbaycan şirkətlərinə də kömək etdiyini əlavə edib.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.