Azərbaycan səfirliyi Xocalı qətliamının 27-ci ildönümünü qeyd edir (The Peninsula, Qətər)

Azərbaycan xalqı bütün Xocalı şəhidlərini xatırlayır və heç vaxt unutmayacaq. O öz ərazi bütövlüyü uğrunda mübarizə aparmağa və Azərbaycana qarşı törədilmiş qətliamların faillərini ədalətə təslim etməyə davam edəcək, Azərbaycan səfirliyinin Xocalı soyqırımının 27ci ildönümündə verdiyi bəyanatda deyilir.

“1992-ci ildə Erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım törətmələrindən 27 il keçir. Bu soyqırım erməni şovinistləri və onların dəstəkləyicilərinin beynəlxalq norma və prinsiplərini, həmçinin, insan hüquqları və azadlıqlarını pozmaqla Azərbaycana qarşı təcavüzün, uzun-müddətli etnik təmizləmə və soyqırım siyasətinin bir hissəsi kimi törədilib”, bəyanatda deyilir.

Bəyanatın davamında deyilir: 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Erməni Silahlı Qüvvələri tərəfindən keçmiş Sovet ordusunun 366-ci moto-artilleriya ordusu ilə birgə törədilmiş bu qırğın vəhşilik dərəcəsinə görə insanlıq tarixində görülməmiş hadisələrdən biridir 

20-ci əsrin sonunda baş verən bu qətliam hadisəsi sadəcə Azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir. Xocalı soyqırımı dünya və Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən birinə çevrilmişdir. 

Xocalıda insanlara qarşı təcavüz zamanı BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (1) saylı qətnaməsində və BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyanında bəyan edilən soyqırımının bütün elementləri tətbiq edilmişdir.

Xocalı soyqırımı ermənistan ordusu tərəfindən əvvəlcədən planlaşdırılan və  Azərbaycan xalqının millətinə görə kütləvi məhv edilməsinə yönəlmiş cinayət əməlidir. Bununla belə, təəssüf ki, Xocalıda Azərbaycan vətəndaşlarına qarşı olan bu soyqırım əməli hələ də düzgün qiymətləndirilməmişdir, bu cinayətin təşkilatçıları və failləri təqsirləndirilməmiş və cəzalandırılmamışdır. 

Ermənistan Xocalı soyqırımından sonra da Azərbaycana qarşı təcavüzü davam etdirmiş və beynəlxalq hüquq normalarını pozaraq və beynəlxalq ictimaiyyətin təcavüzü dayandırmaq tələblərini heçə sayaraq Azərbaycan torpaqlarının 20 faizini (Dağlıq Qarabağ və 7 ətraf rayon) işğal etmişdir. Nəticədə minlərlə Azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə şəhərlər, kəndlər tamamilə dağıdılmış və bir milyondan çox Azərbaycanlının hüquq və azadlıqları ciddi şəkildə pozularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 

Işğal edilən Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycanın tarixi və tərkib hissəsidir. Azərbaycan torpaqlarının Erməni silahlı qüvvələri tərəfindən işğalını təsdiq edən və bütün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən təcili, şərtsiz və tamamilə çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı qətnaməsi, 2009-cu il tarixli 1669 saylı Tövsiyəsi tərəfindən bir daha təsdiqlənmiş, lakin bu tələblər Ermənistan tərəfindən yerinə yetirilməmiş və Azərbaycanın tarixi əraziləri hələ də işğal altındadır.

Son illər ərzində beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi ilə bağlı reallıqlara cəlb etmək üçün bir sıra tədbirlər görülmüşdür. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım əməli kimi beynəlxalq səviyyədə tanıdılması üçün həyata keçirilən məqsədyönlü tədbirlərdən biridir. Nəticədə bir sıra ölkələrin parlamentləri Xocalıdakı cinayəti soyqırım aktı kimi qəbul etdilər.

İslam Konfransı Təşkilatı (İKT) Ermənistanı təcavüzkar və Xocalı faciəsini soyqırım kimi qəbul edən ilk beynəlxalq təşkilatdır. İKT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-cü sessiyası tərəfindən qəbul edilmiş 8/42-C saylı Qətnamə (Küveyt, 27-28 May 2015), üzv dövlətlərin və İKT təşkilatlarının tədbirlərinin “Xocalıya ədalət” kampaniyasında dəstəkləməyə və fəal iştiraka və bu soyqırımı aktının milli və beynəlxalq səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması, həmçinin failləri ədalətə təslim etmək üçün səy göstərməyə çağırır.

Bütün bunlara baxmayaraq, bəyanatda deyilir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu sui-qəsd dünya ictimaiyyəti tərəfindən bu günə qədər qınanmamışdır.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.