Azərbaycan rubla ümid edir (Взгляд, Rusiya)

Azərbaycan rubla ümid edir

Azərbaycan Dövlət Neft Fondu 400-500 mln. dolları rus valyutasına yatırmağı qərara alıb. Bu o deməkdir ki, dövlət təkcə rublun möhkəmlənməsinə deyil, həmçinin də dünya iqtisadiyyatının bərpasına inanır. Lakin fondun proqnozları səhf çıxarsa Azərbaycanı  böyük itkilər gözləyir.

1999-cu ilin dekabr ayında yaradılmış Azərbaycan Dövlət Neft Fondu (ADNF) rus rublu almaq üçün 400-500 milyon dollara yaxın sərmayə etməyi planlaşdırır. Həmin rubllar sonra Rusiyanın üç-dörd aparıcı banklarının depozitlərində yerləşdiriləcək. Məlumatı fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Hazırda fondun rus rubluna sərmayəsi üçün hazırlıq işləri gedir. Bu məqsədlə Rusiya bankları ilə görüşlər keçirilib və hazırda alqı-satqı əməliyyatları üçün hesab açılması üçün danışıqlar gedir "  - Mövsümov qeyd edib. Onun sözlərinə görə gələcəkdə ADNF rus rublu tərəfindən buraxılmış qiymətli kağızları almağı planlaşdırır.

Fond neftdən, dövlət mülkiyyətinin icarəsindən və digər mənbələrdən  əldə olunan gəlirlərdən toplanır.

Rusiya rublu fondun sərmayə etdiyi yeganə aktiv deyil. ADNF öz pullarını həmçinin Türkiyə lirəsinə, Avstraliya dollarına, qızıla və xarici şirkətlərin səhmlərinə yatırır.

Beləki, 2012-ci ilin iyulunda Azərbaycanın Neft Fondu 800 milyon Türkiyə lirəsi (400 mln. dollar) alıb və həmin pullar öz növbəsində  8-10% illik gəlirlə Türkiyənin aparıcı banklarında depozit şəklində yerləşdirilib.

İyul ayında isə fond 200 milyon Avstraliya dolları alıb və Avstraliya dövlət istiqrazlarına yatırılıb.

Qızıl alışına isə fond bu ilin 1 fevral tarixindən başlayıb. 1 iyul tarixinə kimi fond 6847 kq qızıl (220 146 troya unsiyası) əldə edib. Həmin qızılın dəyəri 343 mln. dollar təşkil edir və fondun sərmayə portfelinin 1%-na bərabərdir. "Qızıl indi müvəqqəti olaraq qısamüddətli qızıl depoziti kimi London banklarına saxlanılır, payızda onları Azərbaycana gətirmək planlaşdırılır." - Mövsümov bildirib. Fond ikinci yarımillikdə daha 7.5 ton (240 min unsiya), üç il ərzində isə 30 ton qızıl almağı planlaşdırır.

2012-ci ilin sentyabr ayında ADNF MSCI World (Morgan Stanley Capital International World) indeksinə daxil olan müxtəlif xarici şirkətlərin səhmlərini almağa başlamağı nəzərdə tutub. Onlara 600 milyon dollar sərmayə olunacaq. Fond öz vəsaitinin 5%-ni xarici səhmlərə yatıra bilər. İlkin etapda səhmlərin alışı  UBS Global Asset Management və State Street Global Advisors kimi xarici menecerlər tərəfindən aparılacaq.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.