Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi (Əhdəs Əlyoum, İordaniya)

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Danışıqlar Zuğulba sarayında keçirildi, görüşdə hər iki ölkənin hökumət nümayəndələri iştirak etmişdir. Azərbaycan və İordaniyanı birləşdirən müxtəlif əlaqələrin dərinləşdirilməsi qərara alındı, müxtəlif məsələlər, o cümlədən ortaq maraqların həyata keçirilməsi, məsləhətləşmələrin və koordinasiyanın davamiyyətinin zəruruiliyi vurğulandı. İkili danışıqların başlanğıcı zamanı Zati aliləri kral Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin beynəlxalq və regional sahələrdə oynadığı rolun əhəmiyyətini vurğuladı. O bildirdi , “Sizi bu yaxınlarda ev sahibliyi etdiyiniz qoşulmama hərəkatının zirvə uğuruna görə təbrik edirəm”.

Həmçinin Zati aliləri kral Azərbaycan və İordaniya arasında müxtəlif sahələrdəki əlaqələrin davamiyyətinə vurğu vuraraq iqtisadi əlaqələrin yaxşılaşdırılması sahəsinə diqqət çəkib. Zati aliləri bölgədəki çətinliklərə qarşı Azərbaycanın yanında olduğunu bildirdi.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev, bu yaxınlarda Rusiya, Soçidə kralla görüşlərini xatırladaraq, Azərbaycana ziyarət dəvətini qəbul etdiyinə görə Zati aliləri krala öz təşəkkürünü bildirdi.

O deyib ki, Zati aliləri Kralın ziyarəti ikili əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi üçün fürsət yaratdı. Müxtəlif beynəlxalq məsələlərdə iki ölkə arasında davam edən əlaqələrə diqqət çəkildi.

Azərbaycan Prezidenti siyasi müstəvidə iki ölkə arasında davam edən əlaqələri vurğuladı. O, turizm sektorunu nümunə kimi gətirərək iqtisadi əlaqələri genişləndirilməsi üçün fürsətlərin olduğunu da bildirdi.

Fələstin məsələsinin müqəddiməsində regional inkişaf üçün geniş danışıqlar aparıldı. Zati aliləri Kral, paytaxtı Şərqi Qüds olan və 1967 ci ilin iyun ayında müstəqil Fələstin dövlətinin yaranması ilə nəticələnən Fələstin İsrail münaqişəsinin bitməsinin zəruriliyini vurğuladı.

Suriya böhranı barəsində isə Zati aliləri Kral böhranın siyasi həllinin davam etməsinin, qaçqınların təhlükəsizliyinin və öz torpqalarına könüllü geri dönmələrinin təmin edilməsinin , Suriyanın xalq , torpaq olaraq birliyinin qorunmasının zəruriliyini vurğuladı. Həmçinin terrorizmlə mübarizədə beynəlxalq və regional təşəbbüslər və vahid yanaşma barədə müzakirələr aparıldı.

Görüş zamanı prezident İlham Əliyev, Orta Şərq bölgəsində sülhün və sabitliyin qorunmasında Zati aliləri kralın rəhbərliyi ilə İordaniyanın oynadığı əsas rolu yüksək qiymətləndirərək öz ölkəsinin İordaniya ilə bütün sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin qayğısına qaldığını bildirdi.

Azərbaycan Prezidenti İlahm Əliyev Azərbaycanlı dövlət rəsmilərinin iştirakı ilə Zati alilər Kralın və onu müşayiət edən nümayəndələrin şərəfinə ziyafət verdi. Görüşdə xarici işlər naziri, kralın müşaviri, İordaniyanın Azərbaycandakı səfiri də iştirak etmişdir. Eyni zamanda Azərbaycan tərəfindən xarici işlər naziri, Azərbaycan prezidentinin köməkçiləri, Prezident Aparatının xarici siyasi işlər bölməsinin rəhbəri, Azərbaycanın İordaniyadakı səfiri iştirak etmişdir. Zati alilər kral Zuğulba sarayında prezident İlham Əliyevin şəxsi iştirakı ilə rəsmi şəkildə qarşılama mərasimi ilə qarşılandı.

Hər iki rəhbər fəxri qvardiyanın önündə salam verdi, daha sonra hər iki ölkənin himnləri səsləndi. Həmçinin Zati Alilər Kral və Azərbaycan prezidenti paytaxt Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində elmi məhsulların regional zavodunu ziyarət etdilər.

Nəşr olunub:

Yaxın Şərq regionuna aid digər nəşrlər

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Bakı ölkələrarası turizm üzrə 2-ci “Bahrain Holidays” turizm formuna ev sahibliyi edəcək

Alayam

Turizm sektoranda rəhbər şirkət olan Bahrain Holidays şirkətinin idarə heyətinin üzvü Hüseyn Əl Dairi dekabr ayında Bakıda keçiriləcək, ölkələrarası turizmi tanıdan “2-ci Bahrain Holidays“ forumu barədə açıqlama yayıb.