Azərbaycan park və məktəb inşa etmək niyyətindədir (Gezitter.org Qirgizistan)

Azərbaycan Bişkekdə Heydər Əliyevin adına park və məktəb inşa edəcək. Bu barədə müvafiq memorandumu şəhərin meri Əziz Surakmatov və Azərbaycanın səfiri Hidayət Xuduş oğlu Orucov imzalayıblar.

Memoranduma əsasən Bişkek meriyası parkın inşası üçün A.Tokambayev küçəsində 5.5 hektar torpaq sahəsi ayıracaq. 550 şagird üçün nəzərdə tutulmuş məktkəb isə "Kok-Jar" yaşayış massivində inşa ediləcək. Arxitektura və mühəndis layihələrinin hazırlanmasında meriya yardım göstərəcək. Bütün maliyyə xərclərini Azərbaycan tərəfi öz üzərinə götürür.

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.


Çin ilə Avropanı birləşdirəcək ilk yük qatarı Türkiyəyə daxil olub

The Latin American Herald Tribune

Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək Avropaya gedəcək ilk Çin qatarı Türkiyənin şərqi Qars əyalətinə daxil olub/

Pekində keçirilən Azərbaycan mədəniyyət tədbirində Nəsimi yad edilmişdir

China Internet Information Center

Noyabrın 1-də Pekin Xarici Araşdırmalar Universitetinin (BFSU) əsas kitabxanasında Azərbaycan dili və ədəbiyyatı sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinə ithafən keçirilən tədbir Azərbaycan Respublikasının Çindəki Səfirliyi, Heydər Əliyev Fondu və BFSU-nun birgə təşkilatçılığı ilə baş tutub.