Azərbaycan Pakistan ilə təhsil əlaqələrini inkişaf etdirmək istəyir (Tribune, Pakistan)

Azərbaycanlı səfir Əli Əlizadə ölkəsinin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək Pakistanla təhsil əlaqələrini inkişaf etdirməyin əsas hədəflərimizdən biri olduğunu əlavə edib.

Səfir bu fikirləri Pakistan Milli Kitabxanasında keçirilən Heydər Əliyev və Muhammad Ali Jinnahın Təhsil Siyasəti adlı seminarda çıxış edərkən ifadə edib.

O, Cinnah və Əliyev kimi ulu öndərlərin bütün həyatlarını millətlərinin rifahına və əmin-amanlığına həsr etdiklərini və ölkələrinin tarixində xüsusi bir yer tutduğunu qeyd edib.

Onların cəmiyyətlərinin və ölkələrinin tərəqqisi üçün siyasətlərinin əsas sütunlarından biri təhsilin inkişafı və əhəmiyyətinin düzgün qiymətləndirilməsi olub.

Nəşr olunub:

Asiya regionuna aid digər nəşrlər

VOV turizmin təşviqi sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

Voice of Vietnam

Vyetnamın Səsi radiosunun (VOV) Prezidenti Nguyen The Ky VOV-un Vyetnam ilə Azərbaycan arasında rabitə, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədi.

Əfqanıstan, Orta Asiya və Azərbaycan ticarət və nəqliyyatda maneələri azaldacaq

Khaama Press

Əfqanıstan və Orta Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın Azərbaycanla birlikdə BMT-nin hüquqi sənədlərindən, standart və tövsiyələrindən istifadə edərək ticarət və nəqliyyatda maneələri azaldacaqlar.

Azərbaycan və Qazaxıstanın baş nazirləri Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin tikintisinə start veriblər

Казахстанская правда

Azərbaycanın Baş Naziri Əli Əsədov və Qazaxıstanın Baş Naziri Askar Mamin Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər, Kazpravda.kz Qazaxıstan Respublikası Baş Nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.