Azərbaycan: OPEC qiymətləri tarazlamaq üçün hasilatı azaltmağa davam edəcək (Bloomberg, ABŞ)

Azərbaycanın Energetika nazirinin sözlərinə görə, bu ilin sonunda Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları, çox güman ki, qiymətləri “rahat” səviyyədə saxlaya bilmək üçün neft hasilatının azaldılması haqqında sazişin müddətini uzadacaq.

“Qərarın uzadılma ehtimalı real görünür”, Pərviz Şahbazov öz müsahibəsində deyib. OPEC və tərəfdaşlarının 2019-cu ilin ilk yarısında gündəlik 1.2 milyon barelin daşınması haqqında razılığa gəldikləri dekabr sazişi xam neftin qiymətini bu il 15 faiz qaldırdı. 

Şahbazovun Bakıda dediyi sözlərə görə, OPEC-in apreldə keçiriləcək nazirlər zirvəsində saziş çox güman ki, növbəti icmala qədər 6 ay daha da uzadılacaq. Azərbaycanın paytaxtı mart ayında istehsalçıların bazarı qiymətləndirmək üçün yığışacaqları erkən görüşə ev sahibliyi edəcək.   

OPEC tərəfdaşı Azərbaycan ilin ilk yarısında gündəlik hasilatı 20.000 barelə qədər azaltmağa və ilin ikinci yarısında illik istehsal həcmini saxlamaqla sazişin uzadılmaması halında kranları açmağa razılaşıb. Nazirin fikrincə, 2021-ci ilədək hasilatın həcmi gündəlik 30.000 barelə qədər artacağı proqnozlaşdırılıb.

Londonda bir bareli 62$ məbləğində satılan Brent etalon neft markası dekabr ayının sonunda 50$-a düşüb.

Cari vəziyyətdə qiymətlər “rahatdır”, Şahbazov qeyd edib. “Əgər qiymət 60$ və 70$ civarında müəyyən edilərsə, bu bizim iqtisadiyyatımıza, planlarımıza çox müsbət təsir edəcək və “istehsalçılar və istehlakçılar üçün ən yaxşı qiymət” olacaq. 

Azərbaycan Rusiya və Qazaxıstandan sonra keçmiş Sovet İttifaqında ən böyük neft istehsalçısıdır. OPEC-ə daxil olmanı qeyri-vacib sayan Şahbazovun sözlərinə görə, ölkə neft hasilatının azalması haqqında sazişin əldə olunmasında “fəal iştirak edib”.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.