Azərbaycan İrana gedən vətəndaşlarına xəbərdarlıq edir (Xinhua, Çin)

Azərbaycan İrana gedən vətəndaşlarına xəbərdarlıq edir

Azərbaycanlı şairlərin İranda həbsindən sonra Azərbaycn xarici işlər naziri vətəndaşlardan İrana səyahət edərkən ehtiyatlı olmağı xahiş edib.

"İranda azərbaycanlı şairlərin tutulması ilə bağlı baş verən sonuncu hadisə bunun əyani sübutudur." - Xarici işlər nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib, - "Heç o ölkədə özünü tutulmaqdan və absurd ittihamlarla üzləşməkdən qoruya bilməz".

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə may ayının 2-dən İranda itkin düşüblər.

Azərbaycan tərəfinin insidentə aydınlıq gətirilməsini tələb edən 5 notasına cavab olaraq İran Xarici işlər nazirliyi iki azərbaycanlı şairin cinayətdə iştirakda ittiham edilərək həbs edildiklərini təsdiq edib.

İran hakimiyyəti həmin şairlərin hansı cinayətdə iştirak etdiklərini açıqlamayıb.

ran regionuna aid digər nəşrlər

Ruhani yeni dəmir yolu xəttlərini, İran-Azərbaycan və Çinlə iqtisadi əlaqələrini təşviq edir

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi şey ABŞ-ın sanksiyalarına qarşı çıxmaq üçün özünü hazırlamaq və hətta gələcək illərdə fayda əldə etməkdir.

İran Prezidenti Həsən Ruhani bu həftə İranın Gilan əyalətini ziyarət edib. Meşədə gəzərkən ağlına İranın strateji Şimal Bölgəsini dəmir yolları və iqtisadi dəhlizlər ilə Azərbaycana və Qazaxıstan vasitəsilə Çinə birləşdirəcək iqtisadi inkişafı təşviq etmək fikri gəlib.

İran Azərbaycana ixracatı artırır

İran öz qeyri-neft məhsullarının Azərbaycana ixracını 73% artırıb. Bunu çərşənbə günü İranın Azərbaycandakı səfiri Cavad Cahangiri bildirib.