Azərbaycan insan alverçilərini həvəsdən salır (EURACTIV Belçika)

Azərbaycanın qeyri-qanuni miqrasiya üçün tranzit ölkə olmaq ehtimalı yoxdur, çünki hakimiyyət beynəlxalq insan alveri zəncirini bu marşrutdan uzaq durmağı məsləhət görür, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Rəisi Vüsal Hüseynov EURACTİV-ə müsahibəsində deyib.

Qərb təhsilli Hüseynov (Harvard Universiteti və s) 13 noyabrda Brüsseldə EURACTİV-ə müsahibə verib. O, 2018-ci ildə bu vəzifəyə təyin edilib. Bundan öncə isə o, parlament üzvü və Avropa Şurası Parlament Assambleyasının üzvü olub.

Hüseynov Brüsselə Belçika Krallığının immiqrasiya idarəsi ilə görüşmək və əməkdaşlıq haqqında memorandum imzalamaq üçün gəlib. Bundan əlavə, Avropa Komissiyasının ədliyyə və daxili işləri xidmətləri ilə görüşlər keçirib.

Azərbaycan rəsmisi bildirib ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti vizaların uzadılması, qısamüddətli və uzunmüddətli yaşayış icazələrinin verilməsi, iş icazəsi, vətəndaşlıq məsələləri, AB tərəfdaşları və digər dövlətlərlə müvafiq müqavilələrə əsasən readmissiya və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə məşğuldur. O, həmçinin miqrasiya ilə əlaqəli bütün məlumat bazası ilə işləyir.

Azərbaycan və Aİ gündən-günə yaxınlaşır”, Hüseynov qeyd edib. Onun sözlərinə görə, bura turizm də daxildir. “AB Azərbaycan vətəndaşları üçün ən sevimli istiqamətlərdən biridir. Bu məqsədlə ölkə hakimiyyəti vətəndaşların bu məsələdə çətinlik çəkməmələri üçün əllərindən gələni edir”, Hüseynov bildirib.

Bu məqsədlə o, ASAN viza adlanan (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsinin qısaltması, eyni zamanda azərbaycanca “asan” mənasını verən) elektron viza müraciəti sistemi haqqında danışıb. Bu sistem xarici vətəndaşlara üç saat və ya daha az müddətə viza almağa imkan verir. Hər iki Aİ vətəndaşının Azərbaycana girməsi və çıxması üçün vizaya ehtiyacı var.

Hansı problemlərin mövcud olduğu soruşulduqda isə o, prosedurun çətinliyinə baxmayaraq Aİ-yə gedən Azərbaycan vətəndaşları üçün vizaların asanlaşdırılmasının xeyli yaxşılaşdırıldığını söyləyib.

Müvəqqəti və ya daimi yaşamağa gəlincə, o, ölkəsinin, mobil telefonunda göstərdiyi və istifadəsi əlverişli olan “Migaz” adlı mobil tətbiqetmə də daxil olmaqla, xarici ölkə vətəndaşlarının qeydiyyata alınması prosedurunun asanlaşması üçün əlindən gələni etdiyini deyib.

Aİ-nin qonşuluğundakı üçüncü ölkələrlə vizasız səyahət əldə etməsi üçün əsas tələbi olan readmissiya ilə bağlı suala cavabında o, readmissiya sazişinin imzalanmasına qədər (2014) 1,300 Azərbaycan vətəndaşının bütün Aİ ölkələri tərəfindən qəbul edildiyini söylədi.

O, readmissiyanin, Aİ ölkələrinin müraciətləri əsasında edildiyini qeyd edib. Sorğuların sayının 3,000-ə yaxın olduğunu, qalan işlərin də baxıldığını deyib.

“Vizasız rejim bizim də istədiyimiz bir şeydir, amma bu, yalnız bir ölkədən asılı olan bir proses deyil, hər tərəfdən güclü iradə tələb edir”, Hüseynov bildirib.

Üçüncü ölkələrin Azərbaycana miqrasiya təzyiqləri ilə bağlı suala cavab verən Hüseynov Əfqanıstandan bəhs edərək dedi ki, bəzi əfqanlar sığınacaq üçün Azərbaycana müraciət ediblər, icazəni alandan sonra da ölkədə qaldılar.

Azərbaycan ərazisindən keçərək Qərbə getmək istəyən mühacirlərin millətlərinə gəlincə, o, Banqladeş, Şri-Lanka kimi Cənub-Şərqi Asiya ölkələrinin adlarını sadaladı.

İnsan alveri ilə məşğul olan beynəlxalq dəstələr barədə suala gəlincə, belə halların aşkarlandığını və tədbirlər görüldüyünü, lakin onların çox olmadığını bildirdi.

“Təhlükəsizlik baxımından Azərbaycan yaxşı təşkil olunub. Bizim bu cür halları aşkar etmək imkanımız var. Əlbəttə ki, bunun müəyyən profilaktik xarakteri də var. Ölkəni tranzit nöqtəsi kimi istifadə etmək niyyətində olanlar da bilirlər ki, imkanlar məhduddur, çünki güclü mühafizə var”, o, deyib.
Xəritəni masaya qoyduqda, ola bilsin ki, onlar Azərbaycanın Avropaya gediş yolunu planlaşdırarkən nəzərə almalı olduqları yer kimi görmürlər”, Hüseynov qeyd edib.

Qeyri-qanuni miqrantların kütləvi gəlişləri ilə qarşılaşan Aİ ölkələrinə nə məsləhət verəcəyini soruşulduqda, o, Aİ-nin, gələcək miqrantların Aİ-yə qanunsuz keçmə riski alanların və sığınacaq üçün müraciət edənlərin nə gözləmələri olduğunu izah etmək üçün məlumat kampaniyalarına pul ayırmalı olduğunu bildirib.

Onun sözlərinə görə, belə perspektivli miqrantların əksəriyyəti zəngin Aİ-də sığınacaq axtaranların yaxşı həyat standardlarını təsəvvür edir, lakin gəldikləri yerə göndərilə bilmə ehtimalını ağıllarına gətirmirlər.

Nəşr olunub:

Avropa regionuna aid digər nəşrlər

Bakcell şirkəti Vodafone Ukraynanı 743 milyon ABŞ dollarına satın alıb

Emergine Europe

Rusiya telekommunikasiya operatoru MTS Group, Vodafone Ukraynanın Azərbaycanın NEQSOL Holdinqinə daxil olan Bakcell şirkətinə satılması ilə bağlı qanuni müqavilə imzalayıb.

Bu günəcən olan ən yaxşı makiyaj dəyişiklikləri

Mail Online

Məşhurların makiyaj ustası öz gözəllik sirrlərini açıqlayır – saniyələr içində müştərilərini necə 10 il gəncləşdirir.

  • Məşhurların vizajisti minlərlə insanı inanılmaz makiyajları ilə heyran buraxır
  • Azərbaycan, Bakıdan olan Anar Ağakişiyev öz müştərilərini yenidən yaradır 
  • Onun hər cür qırış, incə cizgi, tünd ləkə və dairələri yox etmək qabiliyyəti var
  • 35 yaşındakı vizajist qadınlara 10 il gəncləşməyin sirrlərini açıqlayır

Monteneqro və Azərbaycan: birgə mədəniyyət fəaliyyətləri

Total Montenegro News

Monteneqronun Mədəniyyət Naziri Aleksandr Bogdanoviç bir müddət əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə Bakıda görüş keçirib.

Monteneqro ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər dostca və məzmunlu olduğu üçün görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilmişdir.