Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda (Hellenic Shipping News, Kipr)

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Rusiyanın təbii qazını Ukrayna vasitəsilə Balkan ölkələri və Türkiyəyə çatdıran Trans-Balkan boru kəməri regionun yeganə təchizat marşrutlarından biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2017-ci ildə Trans-Balkan boru kəməri AB-nin Rumıniya sərhədinə təqribən 600 milyard kub metr təbii qaz nəql etmişdir. Təklif olunan Azərbaycan həcmi - təxminən 565 milyard kub metr Cənubi Avropaya daha az təbii qaz gətirəcək olsa da, təbii qaz tədarükünün regional tələbatını təmin etmək üçün başqa variant təmin etməklə potensial təbii qaz tədarükü pozuntularını azaltmağa kömək edə bilər.

Azərbaycan təbii qazının çox hissəsi Xəzər dənizində, Bakının təxminən 40 km cənub-şərqində yerləşən Şahdəniz yatağındadır. 2017-ci ildə, yataq 360 milyard kub metr təbii qaz və təxminən 19 milyon barel kondensat istehsal etmişdir. Şahdəniz yatağının əsas bazarları Azərbaycan, Gürcüstan və Türkiyə olub.  

2018-ci ilin ortalarında yatağın ikinci inkişaf mərhələsi olan Şahdəniz-2, meydana çıxdı və EİA-nın Cənubi Avropanın tərifinə daxil etdiyi Türkiyəyə təbii qaz çatdırmağa başladı. Şahdəniz-2 həmçinin illik kondensat hasilatını 38 milyondan 44 milyon barelə qədər artırmağı planlaşdırır.

Şahdəniz-2 yatağında hasil edilən təbii qaz Cənub Qaz Dəhlizi kimi tanınan genişlənmiş boru kəməri şəbəkəsi vasitəsilə qərbə nəql ediləcək. Türkiyə 2018-ci ildə, Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə qədər uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Şahdəniz-2 qazını qəbul etməyə başlamışdır.

Gündəlik hasilatı 1.5 milyard kub metr olan, Gürcüstan-Türkiyə sərhədindən keçərək Türkiyə-Yunanıstan sərhədinəcən uzanan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 2018-ci ilin iyununda başa çatmışdır və Cənubi Avropanı əlavə təbii qaz həcmi ilə təmin etmişdir. TANAP vasitəsilə nəql edilən təbbi qazın həcmi 2018-ci ildə sutkada 0.1 milyard kub metrə çatdı və 2019-cu ildə 0.2 milyard kub metrə çatması gözlənilir. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər uzanması planlaşdırılan Trans Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ildə başa çatması gözlənilir.

Şahdəniz-2 yatağından illik gözlənilən 565 milyard kub metrin 211 milyard kub metr üçün Türkiyə ilə, qalan hissəsi üçün isə Avropa bazarları ilə müqavilə imzalanıb.  Təchizatın bəzi hissəsi Yunanıstan, Bolqarıstan və potensial olaraq Albaniyaya gedəcək, qalan hissəsi isə şimala Mərkəzi Avropa ölkələrinə getməmişdən öncə İtaliya milli ötürmə şəbəkəsinə çatdırılacaq. 


Avropa regionuna aid digər nəşrlər

Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.