Azerbaijan Grill: Ecazkar Azərbaycan Mətbəxi (, ABŞ)

Azerbaijan Grill: Ecazkar Azərbaycan Mətbəxi

Uestberi-də türk və fars mətbəxinin təamlarını təqdim edən Azerbaijan Grill restoranı 2005-ci ildə ilk dəfə açılanda bu ərazinin sakinləri belə bir Aralıq dənizi mətbəxinin varlığından xəbərsiz idilər.

Restoranın sahibi aşbaz Semmi soyadını yazmamağımızı xahiş edərək sözünə restoranı necə açmasından və müştəri bazasının asta-asta yığılmağından başladı. Sözlərindən belə çıxır ki, onun eklektik menyusu xeyli populyardır.

“Aralıq dənizi mətbəxinin öz dili var və o müştəriyə anlaşılır olmalıdır. Mən hər zaman hazırladığım yeməyə unikallıq verməyə çalışmışam”, Semmi deyir.

1999-cu ildə İranın şimalında və Rusiyanın cənubundan yerləşən Azərbaycandan ABŞ-a köçdükdən sonra Semmi ofisiant, aşbaz köməkçisi kimi restoran biznesinə daxil olan bir çox yarımştat işlərdə işlədiyini xatırladır.

“Mən Flaşinqdə Fars/Əfqan restoranında, həmçinin Roslin Heytsdə hazırda bağlı olan restoranda işləmişəm. Burada mən müxtəlif təamlar hazırlayaraq aşbazlıq sənətini öyrənməyə başladım”, o deyir.

Ancaq o, restoran biznesinə girişi 2005-ci ildə Siyosetdə yerləşən Aladdin restoranından çıxdıqdan sonra “kiçik” sərmayə ilə Uestberidəki Turkan kafesini alaraq etdi.

“Mənim restoran biznesi ilə bağlı təhsilimin çox hissəsi bişirmək deyil, başqa restoranlarda nəyin işləyib, nəyin işləmədiyini müşahidə etməkdən ibarət idi. Çalışdığım qədər öz məkanımda müsbət aura yaratmağa səy göstərirəm”, Semmi bildirir.

Bu unikal stilin bir hissəsi limonla marinə edilmiş və açıq qrildə bişirilən sümüksüz toyuq kababı, və ya limon və zəfəranla marinə edilmiş cücə kabab kimi ənənəvi Fars və Türk təamlarını bişirməkdir.

Quzu kababı, tərəvəz musakkası, baba qanuj, qızardılmış badımcan yeməyi, limon-sarımsaq souzunda bişirilmiş Aralıq dənizi balığı, həmçinin qat-qat yüngül ispanaq piroqu da sevilən təamlar arasındadır.

Mətbəxdəki təcrübəsi barədə soruşulanda Semmi öz doğma Azərbaycanında heç vaxt yemək bişirmədiyini, lakin həmişə yeni dadlar axtarışında olan biri olduğunu bildirdi.

“Yaxşı restoranın konsepti hazır yeməyi isidib müştəri qabağına qoymaq deyil, bişirmək olmalıdır. Sıfırdan hazırlanmayan dondurulmuş hər cür yeməyə qarşıyam”, o, vurğuladı.

O, həmçinin əlavə etdi ki, Azərbaycanda təqdim edilən hər cür yeməyin-qızardılmış balıq və kabablardan tutmuş humus, badımcan və paxlava və fars dondurması kimi ənənəvi desertlərin sıfırdan hazırlanmasına şəxsən özü başçılıq edir.

Semminin sözlərinə görə, dünya mətbəxinin fərqli təamlarını dadmağı sevsə də, Aralıq dənizi mətbəxi onun üçün ən sevilən yerdədir, belə ki onun deyimi ilə “o həftənin 7 günü yeyilsə də, dadından doymaq olmur”.

Gələcək planlarına gəldikdə Semmi deyir ki, genişlənmə üçün hər şəraiti var.

Nəşr olunub:

Amerika regionuna aid digər nəşrlər

Azərbaycan nümayəndə heyəti Cefferson şəhərini ziyarət edib Missuri ştatının kənd təsərrüfatı ilə tanış olub

Cefferson Şəhər Rotary Klublarının ev sahibliyi etdiyi Azərbaycan nümayəndə heyəti bu həftə Orta Missuridə kənd təsərrüfatını öyrənmək və Amerika mədəniyyəti ilə tanış olmaq üçün Jefferson şəhərinə səfər edib. Zöhrə Məmmədova və Fatimə Abdullayeva balıq anbarında böyük konteynerlərdə olan kiçik balıqları görmək üçün boyunlarını qaldırıb baxırdılar. Ordakı axın sularının səsləri Linkoln Universitetinin Corc Vaşinqton Karver Fermasının divarlarında əks səda verirdi.