Avropa Şurasının sədri Bakıda Azərbaycanla əməkdaşlığı müzakirə edəcək (РИА Новости, Rusiya)

Avropa Şurasının sədri Bakıda Azərbaycanla əməkdaşlığı müzakirə edəcək

Aİ-nin Bakıdakı nümayəndəliyinin rəsmi saytının verdiyi məlumata görə Cənubi Qafqaz ölkələrinə səfər edən Avropa Şurasının prezidenti Herman van Rompey Bakıda Azərbaycan və Aİ arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

"Avropa Şurası rəhbərinin Azərbaycana səfəri - Azərbaycan və Aİ arasında əlaqələrin dərinləşməsinin daha bir göstəricisidir. Bizim gündəlikdə çoxlu məsəllər var - assosasiya haqqında müqavilədə əldə olunmuş irəliləyişlərin müzakirəsindən tutmuş iqtisadi əməkdaşlığa kimi, həmçinin birgə işimiz üçün güclü dayaq yaradan regional və beynəlxalq təhlükəsizlik", - bildirişdə sədr Roland Kobianın sözləri qeyd olunur.

Bəildirişdə deyildiyinə görə səfər çərçivəsində van Rompey Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Həmçinin AŞ sədrinin Azərbaycan dillər universitetində çıxış etməsi gözlənilir.

Bakıya gəlməmişdən öncə van Rompey İrəvan və Tiflisdə olacaq. 

Avropa regionuna aid digər nəşrlər

Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz təchizatçısı rolunda

Azərbaycan xam neft və təbii qaz tədarükçüsü kimi Xəzər dənizi regionunda, xüsusilə Avropa bazarları üçün əhəmiyyətli bir təchizatçıdır. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının daha əhəmiyyətli bir hissəsi olmaq niyyətindədir. Azərbaycan 2017-ci ildə 600 milyard kub metrquru təbii qaz istehsal edib və EİA-nın Beynəlxalq Enerji Statistikasına görə təxminən 210 milyard kub metr ixrac edib.

Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa Birliyi (AB) liderlərinə görə, Azərbaycanın Şahdəniz təbii qaz yatağının Cənubi Avropaya birləşdirilməsi Avropanın təbii qaz tədarükünün şaxələndirilməsində strateji məqsəd üçün atılan addımdır. Xüsusilə Cənub və Şərqi Avropada coğrafi və infrastruktur məhdudiyyətləri səbəbindən təbii qaz təchizatı üçün məhdud imkanlar var.


Ukrayna rus qazının idxalını azaltmaq istəyir

Odessa yaxınlığında maye qazın idxalın üçün keşmiş SSRİ məkanında ilk dəfə ən böyük terminalın tikintisinə başlanılıb. Qaz artıq 2013-2014-cü illərdə Azərbaycan, Qatar, Şimali Afrika və Mərkəzi Asiyadan idxal ediləcək. Bu idxal, rusiyanınkından minimum 15% ucuz başa gələcək və Ukrayna üçün qaz idxalını 20-25% ucuzlaşdıracaq.