ATƏT atışma fonunda yenidən Azərbaycan və Ermənistanı sülhə çağırır (Bloomberg, ABŞ)

ATƏT atışma fonunda yenidən Azərbaycan və Ermənistanı sülhə çağırır

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycan və Ermənistana yenidən müraciət edərək gücdən istifadə etməyi dayandırmağa və atəşkəs xəttindən snayperləri götürməyə çağırıb. Azərbaycan Müdafiə Nazirliyinnin verdiyi məlumata görə ötən gecə baş tutan atışmada iki əsgər yaralanıb.

"Bütün tərəflər güc tətbiq etməkdən vəya güc təhlükəsindən imtina etməlidir" - Bakıda mətbuat konfransında ATƏT-in baş katibi Lambero Zannier bildirib. "Onlar cavab tədbirlərindən əl çəkməli, snayperləri götürməli və cəbhə xəttlərində baş verən insidentlərin təhqiqatı mexanizmi daxil olmaqla razılaşdırılmış etimadı gücləndirmə şərtlərinə əməl etməlidirlər" deyə baş katib əlavə edib.

Azərbaycanın Müdafiə Naziri elektron müraciətində bildirib ki, Ermənistanla həmsərhəd olan Ağstafanın qərb bölgəsində iki əsgər yaralanıb. Ötən ay hər iki tərəfdən azı 10 nəfər həlak olub.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov eyni mətbuat konfransında çıxış edərkən qey edib ki, tərəflər atəşkəs xəttində baş verən insidentləri araşdırma mexanizmlərini razılaşdırmadan əvvəl Ermənistan öz qoşunlarını Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərindən çıxartmalıdır.

"Problemin başında duran işğaldır" - Məmmədyarov vurğulayıb və deyib: "Əgər Ermənistan qoşunlarını geri çəksə insidentləri araşdırmaq üçün mexanizmə ehtiyac qalmayacaq."

Ermənistan Dağlıq Qarabağ və ona bitişik olan Azərbaycanın yedi rayonunu işğal edib. Müharibədə 30 mindən çox adam həlak olub və 1 milyondan çox insan didərgin düşüb. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. Tərəflər hələ də sülh müqaviləsi imzalamayıblar.

Qafqaz regionuna aid digər nəşrlər

Yeni enerji inqilabı Rusiyanı əsəbləşdirərsə

Azərbaycanın paytaxtı Bakıya gələrkən ilk qarşılaşacağınız şey iqtisadi yüksəliş hissi olacaq. Inşaat kranları göyə uzanır. Gözün görə bildiyi qədər yeni bina inşa olunur.  Havada enerji, gənclik, optimistlik cərəyan edir. O, 20-ci əsrin əvvəllərindəki Texası xatırladır, lakin İphone, Starbucks və Uber-lə birlikdə. Və amerikalı vəhşi ovçularının əvəzinə Bakıda beynəlxalq neft idarəçiləri dolaşır. Yeni Qaşer Erasında (Texas neft yüksəlişi dövrü) onlar bilirlər ki, Azərbaycan növbəti böyük hüdudlardan biridir.

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

Dağ Yəhudilərinin dünyada ilk muzeyi Azərbaycanda açılacaq

Qədim dövrlərdən bəri, yəhudilər həmişə Azərbaycanlıların sevgi, qayğı və dostluqlarıyla əhatə olunub-başqa ölkələrdə isə yəhudilər ayrı-seçkilik və təqiblərə məruz qalmışdır.

Azərbaycanda, bu dünyada uzun illər boyunca sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşamış bütün xalqlar üçün əlverişli mühit yaradılmışdır. Bu xalqlardan biri 2.500 ildən çox Azərbaycanlılarla yanaşı yaşayan yəhudilərdir.