ABB restrukturizasiyanı tamamlayıb investisiya şirkəti qurur (Reuters, ABŞ)

Dövlət tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Bankı (ABB) bərpa işlərini başa çatdırıb, investisiya şirkətini qurmağa və planlaşdırılan özəlləşdirməyə hazırlaşır, bankın İdarə Heyətinin sədri Reuters-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə neftlə zəngin ölkənin ən böyük bankının təmizlikdən sonra yanlış idarəetmə nəticəsində yaranan problemli aktivlərdən xilas olmaq üçün əmr verib.

İki il sonra ABB borcun 3,3 milyard dollarını restrukturizasiya edilməsi planını təklif edib, daha sonra isə təsirə məruz qalmış borcun 93.9 faizinə sahib olan kreditorlardan təsdiq alıb.

Restrukturizasiya prosesi öhdəliklərin 95.15 faizinə sahib dövlətin dəstəyi ilə tamamlanmışdır.

“Bankın yenilənmə prosesi başa çatmışdır və biz artıq 2022-ci ilə qədər davam edəcək inkişaf strategiyasını həyata keçirməyə başlamışıq”, Abbas İbrahimov Reuters-ə müsahibəsində bildirmişdir.

Ibrahimov qeyd edib ki, strategiyanın əsas məqsədi “bankın davamlı böyüməsini, əməliyyat səmərəliliyini və yaxşı korporativ idarəetmə sistemini təmin etməkdir”.

Onun sözlərinə görə, bu ayın əvvəlində bankın səhmdarları “yeni biznes ideyalarını həyata keçirmək üçün” investisiya şirkətinin yaradılmasını, həmçinin korporativ və yüksək gəlirli müştərilərə alternativ investisiya məhsulları təklif etməyi təsdiq etdilər.

Ibrahimov planlaşdırılan özəlləşdirmədən əvvəl “bankın inkişafını təmin etmənin və bazar dəyərini artırmağın” zəruri olduğunu söylədi.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ABB-də pay almaqda maraqlı ola biləcəyini açıqladı. İbrahimov bankın özəlləşdirməyə nə vaxt hazır olacağını açıqlamayıb.

ABB keçən il özəlləşdirməyə hazır olmağı planlaşdırmışdı, lakin Azərbaycan Maliyyə Nazirliyi may ayında ABB-ni bu il özəlləşdirməyi planlaşdırmadığını bildirdi.

İbrahimov, bankın aktivlərinin sentyabrın sonuna bir il əvvəl 8,3 milyard manatdan 9.3 milyard manata (5.5 milyard dollar) yüksəldiyini, kredit kitabçasının “ölkədə iqtisadi fəaliyyət, həm də bankın kapitalı və müştərilərinin sayının artması” sayəsində 1.7 milyard manatdan 2.25 milyard manata çatdığını deyib.

Sentyabrın sonuna bankın əməliyyat mənfəəti 250 milyon manat, kapitalı isə 1,5 milyard manata çatmışdır.

Nəşr olunub:

Qafqaz regionuna aid digər nəşrlər

Azərbaycanda nişan mərasimi. Budur, ləzzətli ziyafətdən hədiyyələşməyə qədər sizi nələr gözləyir.

CNN-Arabic

Evlilik adət ənənələri Azərbaycanda dərin köklərə malikdir və olduqca zəngindir. Üzüklərin taxılmasından milli yeməklərin təqdim olunmasına, rəqsə və hədiyyələşməyə qədər. Budur, Azərbaycanda nişan mərasimində iştirak edərkən görəcəyiniz ən vacib adət-ənənələr.