3 nəsil yenidən meydanda (Cumhuriyyet, Türkiyə)

3 nəsil yenidən meydanda

Dizlərindən yara alan və futbol həyatları iflasa uğrayan Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçuları Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev bir Türk həkimin etdiyi əməliyyat ilə öz sağlamlıqlarına qovuşmuşlar. Hər üç futbolçu “Onun oğlu kimi olduq” deyir.

Bu fotoda Azərbaycanın yaşıl meydanlarında fırtına kimi əsmiş 3 nəsil futbolçularını görürsünüz: Ramiz Məmmədov, Afdandil Hacıyev və Ruslan Hacıyev. Hər üçü də son 20 ildə dizindən ağır yaralanmış və onların təkrar meydanlara qayıdacaqlarına ümid yox idi. Lakin, üçünün də imdadına bir Türk həkim, ortopediya və travmatologiya mütəxəssisi Prof. Dr. Mehmet Binnet yetişdi. Etdiyi uğurlu əməliyyatla üç futbolçunu meydanlarla qovuşdurmağı bacaran Prof. Binnet-ə duyduqları minnəti dilə gətirən futbolçular “Onun oğlu kimi olduq, onun sayəsində futbol eşqimizi davam etdirə bildik” deyir.

Azərbaycanlı futbolçu Ramiz Məmmədov 4 il öncə bir matç zamanı dizindən ağır yara almış və futbol həyatı sonlanmışdı.

Müalicələr nəticə vermədi

Onun artıq meydanlara qayıtmayacağı düşünülürdü. Bir çox ölkədə edilən müalicələr də nəticə verməyincə son çarə olaraq Prof. Dr. Binnet-ə müraciət edildi. Binnet, Məmmədovu etdiyi uğurlu əməliyyatla qısa zamanda yaşıl meydanlara qaytarmağa müvəffəq oldu. Uğurlu futbol həyatını sonlandırdıqdan sonra Azərbaycan futbolunda liderliyə oynayan Qəbələ komandasına məşqçilik edən Məmmədov, həm ehtirasla bağlı olduğu futboldan ayrılmamasına, həm də çörək pulunu qazanmağa davam etməsinə imkan yaradan həkiminə minnət duyduğunu bildirir. Ramiz Məmmədov bu hisslərində yalnız deyil. Çünki, məşqçilik etdiyi zaman komandasının ən gənc futbolçularından Afdandil Hacıyev özü ilə eyni taleyi paylaşdı-dizindən ağır yara aldı. Məmmədov dərhal öz həkiminə zəng edərək “Hər cür dəstəyi mən verəcəm, yetər ki, bu futbolçumun əməliyyatlarını et və onu növbəti sezona hazır et” demiş və Prof. Dr. Binnet-in etdiyi əməliyyat ilə Afdandil Hacıyev 2009 sezonunun əvvəlində komandası ilə məşqlərə başlamışdı.

Futbol həyatı bitdi deyərkən!

Afdandil də uğurlu bir futbolçuluq həyatının ardından 2018-ci ildə texniki direktor oldu. Bu dəfə də, onun tam bir futbol aşiqi olan və gələcəkdə Azərbaycan futbolunun ondan çox şey gözlədiyi gənc oyuncusu Ruslan Hacıyev dizindən zədələndi. Futbolçuların başına çox tez-tez gələn çarpaz bağ cırılması problemi 16 yaşında matç zamanı Ruslanın qapısını döydü. Afdandil dərhal araya girərək, eyni problem səbəbiylə müxtəlif illərdə iki dəfə əməliyyat keçirən Ruslan Hacıyevi öz həkiminin əllərinə təslim etdi. Hər kəsin “bir daha meydanlara qayıtmaz” dediyi Ruslan, indilərdə əməliyyat sayəsində qısa zamanda formaya düşməsinin heyrətini, həyəcanını və xoşbəxtliyini yaşayır. 3 uşaqlı ailənin tək oğlan övladı olan Ruslan futboldan əldə etdiyi qazancın bir hissəsini ailəsinin  dolanışığı üçün ayırdığını deyir. Prof. Dr. Binnet də, Azərbaycanda zədələnmiş futbolçularınn bir çoxunu sosial məsuliyyət çərçivəsində əməliyyat etdiyini dilə gətirir: “O zamanlar əməliyyat etdiyimiz bir çox gəncin meydanlara qayıtdığı kimi Ramiz Məmmədov da təkrar meydanlara qayıdaraq həm çörək pulunu qazanmağa, həm də Azərbaycan futboluna töhfə verməyə davam etdi”.

Nəşrin orijinalı: 3 kuşak tekrar sahada

Türkiyə regionuna aid digər nəşrlər

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

Enerjidə açar ölkə Türkiyə

TANAP-ın vaxtında tamamlandığını və bir neçə ay içində Yunanıstan sərhədinə qədər olan hissənin infrastruktur işlərinin bitəcəyini açıqlayan nazir Dönməz, “TANAP ilə Türkiyənin enerjidə açar ölkə mövqeyi güclənəcək” dedi.

"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.