News Photo

Yeni tarixi bir film yoldadır: “Nargin Adası...”

Azərbaycanın paytaxtı Bakıda yerləşən və Birinci Dünya Müharibəsi illərində minlərlə Türkün əsir olaraq tutulduğu “Nargin Adası” ağ pərdəyə köçürüləcək. Filmin çəkilişləri iyun ayında başlayacaq.

News Photo

Azərbaycanda ilk kaşer restoran açılacaq

Azərbaycanda tezliklə tarixində ilk dəfə sertifikata sahib kaşer (halal) restoran açılacaqdır. "7/40" adlandırılan ət restoranı may ayında paytaxt Bakının Səməd Vurğun küçəsində şəhərin ravini Şneor Seqalın nəzarəti altında açılacaq. Bu sözləri restoranın inzibatçısı Moşe Moiseyev bildirib.

News Photo

Şərca Hökuməti Azərbaycanla mədəni əməkdaşlığı müzakirə etmişdir

Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl-Qasiminin başçılığı ilə Şərca hökumətindən olan nümayəndə heyəti Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevlə Şərca Əmirliyi və Azərbaycan Respublikası arasında mədəni əməkdaşlığın istiqamətlərini müzakirə etmişdir.

News Photo

Azərbaycan xalçalarının mürəkkəbliyi insan əlinin əməyi olduğuna inanmağa imkan vermir

Azərbaycan dağlarında yerləşən Lahıcda üçüncü nəsil xalçaçısı Kəmalə Nəsrullayeva xalça toxumağı 5 yaşında ikən öyrənmişdir.

Azərbaycan xalçalarının mürəkkəbliyi, dəqiqliyi və qarışıqlığı onların insan əməyinin nəticəsi olduğuna inanmağa imkan vermir.

Azərbaycan dağlarında yerləşən Lahıcda üçüncü nəsil xalçaçısı Kəmalə Nəsrullayeva xalça toxumağı 5 yaşında ikən öyrənmişdir. O, öz toxucu dəzgahını anasının nənəsi tərəfindən toxunmuş xalçası üzərində qurdu. Indi Kəmalənin oğulları onun dəzgahında oturub məharətlərini nümayiş etdirən zaman Azərbaycan mədəniyyətinin 4 nəslini bir yerdə görmək olur. 

News Photo

"Türkiyə - Azərbaycan Ortaq Miras" tədbiri

“Türkiyə-Azərbaycan Ortaq Miras” proqramında, Azərbaycan Dövlət Rəqs Ansamblı səhnə aldı. Tədbir İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən Lütfi Kırdar Konqres və Sərgi Sarayında keçirildi. 

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) təşkilatı ilə təşkil edilən tədbirdə, Hazarfem-in Sədri Nuran Acar iki ölkə qardaşlığının uzun illərdir davam etdiyini söylədi.

News Photo

Guru Nanak Ji-nin xatirəsini qeyd etmək üçün Bakıda Gurdvara Sahib binası inşa ediləcək

Amritsar: Şiromani Gurdvara Prabhandak Komitəsinin sədri Qobind Singh Lonqoval bəyan edib ki, Guru Nanak Ji-nin səfər xatirəsini qeyd etmək üçün Azərbaycanın paytaxtı Bakıda Gurdvara Sahib inşa ediləcək.

Komitə tərəfindən verilmiş yazılı bəyanata əsasən, Hindistan Ali Kommisiyası Bakıda Samaqam keçirməyə təşəbbüs göstərib. Samaqam bu ilin sonuna təsadüf edən Guru Nanak Ji-nin 550-ci Parkash Gurpurap-na həsr olunub.

News Photo

ABŞ-ın Bakı səfirliyinin əməkdaşı rep klipinə düşüb

"Mingəçevir" adlanan klip Caspian Dreamers qrupu tərəfindən çəkilib. Qrupun üzvləri keçmiş Peace Corps könüllərindən olan Tim McNaught və Brad Kesslerdir. Onların çəkdiyi bu klip Azərbaycanda veb sensasiyaya çevrilib. Klipdə çimərlik istirahət şəhəri Mingəçevir təriflənir və Uil Smitin "Mayami" musiqisindən istifadə olunub.

News Photo

Prix Pictet son iştirakçıları gücə pərdələrini açır

Les Rencontres D'Arles fotoşəkil festivalında dördüncü Prix Pictet müsabiqəsinin son iştirakçılarının adları elan edildi. Onların arasına veteran Amerika sənədli fotoqrafı Robert Adams və Joel Sternfeld, həmçinin Cənubi Afrikadan olan Guy Tillim və britaniyalı  Edmund Clark gənc yarışçılar daxildir. Siyahıda olan 12 iştirakşıdan 3-ü qadındır: Rəna Əfəndi (Azərbaycan); Jacqueline Hassink (Hollandiya) və An-My Lê (ABŞ/Vyetnam). Qalibin adı Oktyabrın 9-da Londonun Saatchi qalereyasında baş tutacaq finalçıların sərgisinin açılış mərasimində Prix Pictet-in fəxri presidenti Kofi Annan tərəfindən elan olunacaq.