Azərbaycan səfiri Genoa limanına səfər edib

PortSEurope

Qərbi Ligurian Dəniz Limanı İdarəsinin (Autorita 'di Sistema Portuale del Mar Ligure Occidentale) Prezidenti Paolo Emilio Signorini Genoada liman rəhbərliyinin qərargahında rəsmi səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəni qarşılayıb.

Azərbaycan şirkətləri BƏƏ-nin potensial investorları ilə görüşür

Khaleej Times

Bu yaxınlarda, 27 şirkəti təmsil edən iş adamlarının qatıldığı Azərbaycandan olan nümayəndə heyəti, Dubay Ticarət və Sənaye Palatasının qərargahını ziyarət edib. Burada onlar BƏƏ-nin potensial investorları ilə 204 görüş keçirib.

Azərbaycan Prezidenti və Kralın Bakıdakı danışıqlarının xülasəsi

Əhdəs Əlyoum

Kral 2-ci Abdullah Azərbaycan Prezidenti İlham Əliyevlə 10 dekabrda Bakıdakı görüşləri zamanı iki ölkə arasında nəticə verən müqavilələrlə yanaşı ,xüsusilə, iqtisadi, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, ticari mübadilənin artırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olundu.

Harrodsda 16 milyon funt sterlinq xərcləyən qadın sərvəti üçün mübarizə aparır

BBC

Həbsdə olan bankirin həyat yoldaşı Böyük Britaniyanın ilk Açıqlanmayan Sərvət Ordeninin (ASO) ləğvi üçün mübarizə aparır.

Harrodds-da 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyeva 15 milyon funt sterlinq dəyərində Naytsbricdəki (Knightsbridge) evini və Berkşirdəki (Berkshire) qolf meydançasını itirməklə üz-üzə qalıb.

VOV turizmin təşviqi sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

Voice of Vietnam

Vyetnamın Səsi radiosunun (VOV) Prezidenti Nguyen The Ky VOV-un Vyetnam ilə Azərbaycan arasında rabitə, təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirmək üçün bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid etdiyini söylədi.

Azərbaycan İrandan daha çox turist cəlb etmək niyyətindədir

Tehran Times

Azərbaycan iki ölkə arasındakı balanssız turizm mübadiləsindən məmnun deyil. Son bir ildə təxminən 1,5 milyon Azərbaycan vətəndaşı İrana, təxminən 241 min iranlı isə bu ölkəyə səfər edib, Azərbaycan Dövlət Turizm Agentlyinin sədri Fuad Nağıyeva istinadən İSNA xəbər verir.